"Groupone” MMC Təhcizat şöbəsində “Fəhlə-anbardar” vəzifəsinə vakansiya elan edir.
Vəzifə təlimatı:
- Tədarükçülərdən və ya daşıyıcılardan gələn malların qəbul olunması və anbara daşınması;
- Malların fiziki vəziyyətini yoxlamaq və uyğunsuzluqları dərhal rəhbər şəxsə bildirmək;
- Anbarda malların düzgün yerləşdirilməsini və qaydalara uyğun saxlanmasını təmin etmək;
- Qaimə və digər sənədləri təhvil-təslim zamanı düzgün şəkildə tərtib etmək və aidiyyəti üzrə ötürmək;
- Gündəlik anbar hərəkətləri və qalıqları barədə hesabatların hazırlanmasında iştirak etmək;
- Lazım olduqda məhsulların ofis və ya istehsalat sahəsinə daşınmasında fiziki yardım göstərmək;
- Anbar sahəsinin səliqəli və təhlükəsiz saxlanmasına nəzarət etmək;
- Şirkətin daxili qayda və prosedurlarına əməl etmək.
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Orta;
- Təcrübə: Minimum 1 il
- Komanda daxilində işləmək;
- Ünsiyyət bacarığı;
- Pozitiv və çevik olmaq.
İş şəraiti
- İş qrafiki: 6 günlük
- İstirahət günü: Bazar
- Ünvan: Babək prospekti
Təminatlar:
- Nahar şirkət tərəfindən verilir;
- Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
- Əmək haqqı: 700 AZN.
Uyğun namizədlər öz CV - lərini “Fəhlə-anbardar” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.