Groupone MMC “Operation Manager Assistant” vəzifəsinə vakansiya elan edir!
Vəzifə öhdəlikləri:
- Gündəlik əməliyyat proseslərində Operations Manager-ə dəstək
- İşçi heyətinin koordinasiyası və nəzarəti
- Hesabatların hazırlanması və analiz edilməsi
- Təchizat və inventar proseslərinə nəzarət
- Müştəri məmnuniyyətinin təmin olunması üçün tədbirlər görmək, daima yeniliklər edərək rəhbərliyə təkliflər vermək
- İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək
- Heyətin iş qrafiki, istirahət günləri və daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək
- İşçi heyətinin seçimi, təlimləndirilməsi və motivasiyasında iştirak
- Satışın artırılması üçün təkliflər hazırlamaq, rəhbərə büdcə nəzarətində köməklik göstərmək
Namizədə dair tələblər:
- Ali təhsil (idarəetmə, biznesin təşkili, iqtisadiyyat və ya əlaqəli sahə üzrə)
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Məsuliyyətlilik, stressə davamlılıq və nəticəyönümlü yanaşma
- Güclü liderlik, təşkilatçılıq və ünsiyyət bacarıqları
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Azərbaycan və Rus dili sərbəst, İngilis dili üstünlükdür.
Təminatlar:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 6 günlük
- Nahar şirkət tərəfindən qarşılanır
- Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə
- Əmək haqqı: 1500-2000 AZN
Maraqlanan namizədlər öz CV-lərini “Operation Manager Assistant” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.