Vəzifə öhdəlikləri:
- Françayz brendin standartlarına (menyu, servis, təmizlik, vizual görünüş və s.) tam uyğunluğun təmin edilməsi
- Müntəzəm olaraq brendin yoxlamalarına hazır olmaq və nəticələrin izlənməsi
- İşçi qrafiklərinin hazırlanması və iş rejiminə nəzarət
- Yeni işçilərin brend standartlarına uyğun təliminin təşkili
- Komanda ruhunun formalaşdırılması və əmək məhsuldarlığının artırılması
- Heyətin xidmət keyfiyyəti və davranışlarına nəzarət
- Müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinə nəzarət
- Müştəri şikayətlərinin və rəylərinin operativ şəkildə həll olunması
- Davamlı olaraq müştəri məmnuniyyətinin ölçülməsi və inkişaf planlarının hazırlanması
- Gündəlik kassanın bağlanması və maliyyə hesabatlarının aparılması
- Satış hədəflərinin izlənməsi və satışın artırılması üçün təşəbbüslər
- Qida təhlükəsizliyi və gigiyenik normalara uyğunluğun təmin olunması
- Təmizlik cədvəllərinə nəzarət və sağlam iş mühiti yaradılması
Namizədə dair tələblər:
- Təcrübə: Restoran və hotel sferasının 3 - 5 il iş təcrübəsi tələb olunur;
- Rus dili bilmək mütləqdir, İngilis dili arzu olunandır.
- Kompüter bilikləri: PowerPoint, Excel, Word, Outlook və digər ofis proqramlarından istifadə etmək
Təminatlar:
- Nahar şirkət tərəfindən verilir.
- Əmək haqqı: 1000 - 1200 AZN (500/600 Tips + Service charge)
Maraqlanan namizədlər öz CV-lərini “Restoran menecerinin köməkçisi” başlığı ilə Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.