Groupone Groupone
  • 459

Restoran menecerinin köməkçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Restoran menecerinin köməkçisi

  • Deadline 12 April 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Paul restoranı “Restoran menecerinin köməkçisi” vəzifəsinə vakansiya elan edir!

Vəzifə öhdəlikləri:

  • Françayz brendin standartlarına (menyu, servis, təmizlik, vizual görünüş və s.) tam uyğunluğun təmin edilməsi;
  • Müntəzəm olaraq brendin yoxlamalarına hazır olmaq və nəticələrin izlənməsi;
  • Restoran heyətinin gündəlik iş qrafikini planlamaqda və iş bölgüsündə menecerə kömək etmək;
  • Yeni işçilərin təlimində iştirak etmək, onların fəaliyyətinə nəzarət etmək və ehtiyac olduqda yönləndirmək.
  • Komanda ruhunun formalaşdırılması və əmək məhsuldarlığının artırılması;
  • Heyətin xidmət keyfiyyəti və davranışlarına nəzarət;
  • Müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinə nəzarət;
  • Müştəri məmnuniyyətini artırmaq məqsədilə xidmət keyfiyyətinin davamlı olaraq izlənməsi və inkişaf etdirilməsi üçün təkliflər vermək;
  • Davamlı olaraq müştəri məmnuniyyətinin ölçülməsi və inkişaf planlarının hazırlanması;
  • Satış hədəflərinin izlənməsi və satışın artırılması üçün təşəbbüslər;
  • Hesabatların hazırlanması və büdcənin nəzarətdə saxlanılmasını təmin etmək;
  • Restoranda sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək;
  • Texniki xidmət və təmir işlərinin vaxtında və effektiv şəkildə yerinə yetirilməsinin təmin edilməsi üçün lazımi şöbələrə məlumat vermək.

Namizədə dair tələblər:

  • Təcrübə: Restoran idarəetməsi sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi;
  • Xidmət sektorunda müştəri yönümlü düşüncə tərzi;
  • Yüksək səviyyədə təşkilatçılıq və problem həll etmə bacarığı;
  • Rus dili vacibdir, İngilis dili arzu olunandır;
  • Kompüter bilikləri: Excel, Word, Outlook və digər ofis proqramlarından istifadə etmək bacarığı.

Təminatlar:

  • Nahar şirkət tərəfindən verilir;
  • Əmək haqqı: 2500 AZN+ service charge;
  • İş yeri: Bakı şəhəri;
  • ⁠İş qrafiki: 6 günlük.

Maraqlanan namizədlər öz CV-lərini “Restoran menecerinin köməkçisi” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily88
  • Weekly524
  • Monthly1095