Paul restoranı “Restoran menecerinin köməkçisi” vəzifəsinə vakansiya elan edir!
Vəzifə öhdəlikləri:
- Françayz brendin standartlarına (menyu, servis, təmizlik, vizual görünüş və s.) tam uyğunluğun təmin edilməsi;
- Müntəzəm olaraq brendin yoxlamalarına hazır olmaq və nəticələrin izlənməsi;
- Restoran heyətinin gündəlik iş qrafikini planlamaqda və iş bölgüsündə menecerə kömək etmək;
- Yeni işçilərin təlimində iştirak etmək, onların fəaliyyətinə nəzarət etmək və ehtiyac olduqda yönləndirmək.
- Komanda ruhunun formalaşdırılması və əmək məhsuldarlığının artırılması;
- Heyətin xidmət keyfiyyəti və davranışlarına nəzarət;
- Müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinə nəzarət;
- Müştəri məmnuniyyətini artırmaq məqsədilə xidmət keyfiyyətinin davamlı olaraq izlənməsi və inkişaf etdirilməsi üçün təkliflər vermək;
- Davamlı olaraq müştəri məmnuniyyətinin ölçülməsi və inkişaf planlarının hazırlanması;
- Satış hədəflərinin izlənməsi və satışın artırılması üçün təşəbbüslər;
- Hesabatların hazırlanması və büdcənin nəzarətdə saxlanılmasını təmin etmək;
- Restoranda sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək;
- Texniki xidmət və təmir işlərinin vaxtında və effektiv şəkildə yerinə yetirilməsinin təmin edilməsi üçün lazımi şöbələrə məlumat vermək.
Namizədə dair tələblər:
- Təcrübə: Restoran idarəetməsi sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi;
- Xidmət sektorunda müştəri yönümlü düşüncə tərzi;
- Yüksək səviyyədə təşkilatçılıq və problem həll etmə bacarığı;
- Rus dili vacibdir, İngilis dili arzu olunandır;
- Kompüter bilikləri: Excel, Word, Outlook və digər ofis proqramlarından istifadə etmək bacarığı.
Təminatlar:
- Nahar şirkət tərəfindən verilir;
- Əmək haqqı: 2500 AZN+ service charge;
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: 6 günlük.
Maraqlanan namizədlər öz CV-lərini “Restoran menecerinin köməkçisi” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.