Təchizat üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təchizat üzrə aparıcı mütəxəssis

  • Deadline 25 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifələr

  • Şirkətin istehsalat və əməliyyat ehtiyaclarına uyğun təchizat proseslərini planlaşdırmaq və təşkil etmək;
  • Müvafiq struktur bölmələrdən daxil olan material və məhsul tələbatlarını təhlil etmək;
  • Yerli və xarici bazarlarda təchizatçıların araşdırılmasını və potensial tərəfdaşların müəyyən edilməsini həyata keçirmək;
  • Təchizatçılardan kommersiya təklifləri almaq, qiymət, keyfiyyət və çatdırılma şərtlərini müqayisə etmək;
  • Təchizatçılarla qiymət, ödəniş, çatdırılma müddəti və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq;
  • Sifarişlərin vaxtında yerləşdirilməsini və çatdırılmasını təmin etmək;
  • Anbar qalıqlarına və material ehtiyatlarının hərəkətinə nəzarət etmək, ehtiyac yarandıqda müvafiq sifarişlərin verilməsini təşkil etmək;
  • Təchizatçılarla uzunmüddətli və etibarlı əməkdaşlıq münasibətləri qurmaq;
  • Təchizat müqavilələrinin, sifarişlərin və digər müvafiq sənədlərin hazırlanması və razılaşdırılması prosesində iştirak etmək;

Namizədə tələblər

  • Ali təhsil 
  • Təchizat, satınalma və ya logistika sahəsində minimum 3 il iş təcrübəsi;
  • Təchizat zəncirinin idarə edilməsi və material təminatı prosesləri üzrə biliklər;
  • Təchizatçılarla danışıqlar aparmaq və əməkdaşlıq münasibətlərini idarə etmək bacarığı;
  • Müqavilə, sifariş və təchizat sənədləri ilə işləmək təcrübəsi;
  • MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı;
  • Analitik düşünmə, planlaşdırma və problem həll etmə bacarığı;
  • Yüksək məsuliyyətlilik, dəqiqlik, operativlik və komanda ilə işləmək bacarığı.

İş şərtləri

  • İş yeri: Bakı şəhəri
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Əmək haqqı müsahibə zamanı təyin olunur 

Uyğun namizədlər öz CV-lərini “Satınalma mütəxəssisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly292
  • Monthly1765