"Groupone” MMC “Texniki işlər üzrə menecer” vəzifəsinə vakansiya elan edir:
Vəzifə öhdəlikləri:
- Avadanlıqların baxım prosedurlarının işlənib hazırlanması və həyata keçirilməsinin təmin edilməsi
- Problemləri müəyyən etmək və həll etmək üçün obyektlərdə yoxlamaların aparılması
- Bütün təmir və quraşdırma işlərinin planlaşdırılması və ona nəzarət edilməsi
- İş yükününün bölüşdürülməsi və texniki qulluqçuların işinə nəzarət edilməsi
- Avadanlıqların inventarına nəzarət edilməsi və lazım olduqda sifariş edilməsi
- Təmir cədvəllərinin təyin edilməsi və təmir xərclərinin qiymətləndirilməsi
- Bütün təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək və şirkətin tabeliyində olan bütün obyektlərin vaxtaşırı yoxlanılması
- Sistemləri təkmilləşdirmək üçün texniki xidmət üzrə icraçı heyətə rəhbərlik edilməsi, onlara nəzarət edilməsi və fəaliyyətinin qiymətləndirilməsi
- Cari və gələcək biznes tələblərinə cavab vermək üçün texniki qulluq işçilərinə təlimlərin keçirilməsi, onlara mentorluq edilməsi
- Görüşlərdə iştirak edərək gələcək istehsal imkanlarının layihələndirilməsində və inkişaf etdirilməsində iştirak edilməsi
- Məhsul dəyişiklikləri və təkmilləşdirmələri ilə bağlı araşdırmaların aparılması
Namizədə dair tələblər:
- Mühəndislik, texniki və ya əlaqəli sahə üzrə ali təhsil
- Texniki işlər / texniki xidmət və istismar sahəsinin idarəetməsində minimum 3-4 il iş təcrübəsi
- Texniki sənədlərlə, hesabatlarla işləmək və planlama aparmaq bacarığı
- MS Excel proqramını yaxşı səviyyədə bilməli (hesabat, cədvəl və analiz üçün)
- Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə bacarığı
- Güclü ünsiyyət, liderlik və komandada işləmək bacarığı
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmalı
- Azərbaycan dilini səlis bilməli, xarici dil biliyi üstünlükdür
Təminatlar:
- Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə
- Əmək haqqı: Bazar tələblərinə uyğun olaraq qarşılıqlı razılıq əsasında təyin olunacaqdır
Uyğun namizədlər öz cvlərini “Texniki işlər üzrə menecer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.