Grow Group Azerbaijan Grow Group Azerbaijan
  • 266

Ofis Menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ofis Menecer

  • Deadline 5 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Yerləşmə yeri: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

  • Şirkətin Direktorunun iş gününün planlaşdırılması: görüşlər, səfərlər, müsahibələr, zənglər, qəbullar, korporativ tədbirlər və digər fəaliyyətlər üçün qrafikin hazırlanması və əlaqələndirilməsi;
  • Şirkətin Direktoru və onun tərəfindən verilən siyahıdaki şəxslər üçün səfərlərin və ezamiyyətlərin təşkili, ölkələrə giriş və çıxış qaydaları haqqında məlumatların verilməsi, viza dəstəyinin göstərilməsi, otellərin rezervasiyası, səyahət proqramları və s.;
  • Şirkətin direktoruna işlərin gedişi və planların icrası barədə mütəmadi olaraq məlumatların verilməsi;
  • Şirkətin Direktoru və işçiləri tərəfindən keçirilən iclasların, görüşlərin hazırlanması, təqdimatların hazırlanması, lazımi materialların toplanması, iştirakçıların vaxtı, yeri, gündəliyi barədə məlumatlandırılması;
  • İclasların, danışıqların gedişatını və nəticələrini qeyd edən protokolların və digər sənədlərin aparılması;
  • Rəhbərliklə əlaqəni koordinasiya etmək, o cümlədən zənglərə və e-poçtlara cavab vermək və müştərilərlə qarşılıqlı əlaqə yaratmaq;
  • Şirkətin daxili kommunikasiyasının inkişafını həyata keçirir, direktorun layihələri, xəbərləri və qərarları barədə işçiləri məlumatlandırır;
  • Məlumat toplayır, analitik, informasiya, arayış və digər hesabatları hazırlayır və rəhbərliyə təqdim edir;
  • Ofisə gələnləri qarşılamaq, biznesin mahiyyətini öyrənmək və müvafiq şəxslərə yönləndirmək;
  • Şirkətin struktur bölmələrinə yüksək keyfiyyətli inzibati və texniki dəstəyin göstərilməsi;
  • Ofis işçilərinə ofis ləvazimatlarının, həmçinin Şirkətin Direktoruna lazım olan ərzaq məhsullarının sifarişini vermək, onların mövcudluğuna və vaxtında alınmasına nəzarət etmək;
  • Ofis avadanlıqlarının sifarişi və vaxtında təmiri, printerlərin doldurulması;
  • Tərəfdaşlara və işçilərə işgüzar məktubların tərtib edilməsi, məktubların, bağlamaların və digər sənədlərin qəbulu və göndərilməsi, çap və surət işlərinin yerinə yetirilməsi;
  • Sənədlərin qəbulu və qeydiyyatı, məlumat və arayış xidmətləri və sənədli məlumatların saxlanması;
  • Korporativ tədbirlərin təşkilində və keçirilməsində köməklik;
  • Sərgilər üçün sənədləşdirmə, dizayn, reklam materiallarının təşkili;
  • İşçilərin dövriyəsinə nəzarət və vaxt cədvəllərinin yoxlanılması;
  • İstehsal zərurət yarandıqda, şirkət rəhbərliyi ilə razılaşdırılmaqla digər işlərin görülməsi.

Tələblər:

  • Ali təhsil;
  • Analoji vəzifədə minimum 3 il iş stajı;
  • MS Office programını yaxşı bilmək;
  • Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
  • Yüksək təşkilatçılıq bacarıqları;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Analitik düşünmə bacarığı və problemin həllinə sistemli yanaşma yönümlüyü.

Şərtlər:

  • İş qrafiki 9:00 - 18:00, BE-C; şənbə qısa iş günü 10:00-13:00
  • Azərbaycan Respublikası ƏM üzrə rəsmiləşdirmə;
  • Müsahibə nəticələrinə görə rəqabət qabiliyyətli əmək haqqı;
  • Peşəkar iş mühiti.

Müsahibə bütün alınmış CV-lərə baxıldıqdan sonra keçiriləcək.

Fotoşəkilli CV formasını mövzu hissəsində “Ofis meneceri” qeyd edərək Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərmənizi xahiş edirik. Müsahibəyə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

  • Daily0
  • Weekly473
  • Monthly476