Şirkət villaların günlük və uzunmüddətli kirayəsi sahəsində fəaliyyət göstərir. Müştərilərə yüksək səviyyəli istirahət və komfort təklif edən villaların tanıtımı və satışını həyata keçirir.
İş şəraiti:
- İş qrafiki: tam ştat, 5 günlük iş həftəsi
- İş yeri: ofis daxilində
- Əmək haqqı: 800 AZN (satışdan bonuslar)
- Şirkət tərəfindən nömrə və telefon verilir.
Vəzifə öhdəlikləri:
- Sosial media platformalarının (Instagram, TikTok və s.) idarə olunması və inkişaf etdirilməsi
- Villa elanlarının hazırlanması və paylaşılması
- Reklam strategiyalarının hazırlanması və tətbiqi
- Satış yönümlü kreativ post və video ideyalarının hazırlanması
- Müştəri mesajlarının və şərhlərin operativ cavablandırılması
- Müştərinin istəyinə uyğun olaraq villaların boş günlərinə villaların rezervasiya edilməsi
Tələblər:
- Sosial media idarəçiliyi sahəsində minimum 1-2 il təcrübə
- Rəqəmsal marketinq alətləri üzrə bilik: Meta Business Suite,Google SEO, Ads Manager, SEO, SEM, Adobe Premiere Pro, Final Cut Pro və ya digər montaj proqramları.
- Kontent və satış yönümlü mətnlər hazırlamaq qabiliyyəti
- Reklam idarəetməsi: Sosial media platformalarında effektiv reklam yerləşdirmə bacarığı;
- Canva, CapCut, InShot, Adobe Premiere Pro və ya oxşar proqramlarda işləmə bacarığı
- Meta Business Suite, Instagram, Facebook, TikTok platformaları üzrə yaxşı bilik
Qeyd: İş yalnız ofis daxilindədir, məsafədən (remote) və ya freelance əməkdaşlıq nəzərdə tutulmayıb.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.