Yerləşmə: Bakı
İş rejimi: Tam ştat / Ofis daxili
Güven Group şirkətlər qrupunun İnsan Resursları proseslərində aktiv iştirak edəcək, dinamik və güclü ünsiyyət bacarığına malik İnsan Resursları üzrə Mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri:
- İşə qəbul və onboarding (işə adaptasiya) proseslərini həyata keçirmək
- Şəxsi iş (kadr) sənədlərini hazırlamaq və düzgünlüyünə nəzarət etmək
- Əmək haqqı dəyişiklikləri, mükafatlar və bonusların hesablanmasını təmin etmək
- Əmək qanunvericiliyinə uyğun HR proseslərini həyata keçirmək
- Daxili kommunikasiya və işçi məmnuniyyəti ilə bağlı layihələrdə iştirak etmək
Tələblər:
- Ali təhsil (İnsan Resursları və ya əlaqəli sahə üzrə)
- İnsan Resursları sahəsində minimum 5 il iş təcrübəsi
- Əmək Məcəlləsi, EMAS, 142 və şəxsi işlər üzrə biliklərə malik olmaq
- MS Office proqramlarını sərbəst istifadə etmək bacarığı
- Komanda ilə işləmək bacarığı, diqqətli və nəticəyönümlü olmaq
- Effektiv ünsiyyət və təşkilatçılıq qabiliyyətinə sahib olmaq
- Dil bilikləri: Türk dili, Rus dili.
Müraciət üçün: CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Mövzu sətrində HR İŞƏ MÜRACİƏT qeyd etməyi unutmayın.