Shakespeare Restoranı
Vəzifə öhdəlikləri:
- Restoranın fasiləsiz fəaliyyətinin təşkili ;
- Gündəlik restoranın bütün əməliyyatlarına nəzarət etmək;
- Standartların tələblərinə riayət edilməsinə nəzarət ;
- Müştərilərlə danışıqların aparılması ;
- Məhsulların keyfiyyətinə, saxlanma şəraitinə və müddətinə nəzarət ;
- Restorandakı bütün mətbəx avadanlıqlarının təmizlik və gigiyena standartlarına uyğun olmasının təmin edilməsi ;
- Sifarişlərin qaydalara əsasən qəbulunu tənzimləmək və nəzarət etmək;
- Müştəri məmnuniyyətinin təmin olunması üçün tədbirlər görmək, daima yeniliklər edərək rəhbərliyə təkliflər vermək ;
- İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək ;
- Heyətin iş qrafiki, istirahət günləri və daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək
- İşçi heyətinin seçimi, təlimləndirilməsi və motivasiyasında iştirak
- Gigiyena və təhlükəsizlik qaydalarına uyğun olaraq ehtiyac yarandıqda mətbəx personalına dəstək olmaq.
- Nağd, nağdsız ödəmə əməliyyatlarının müvafiq prosedura əsasən aparılmasını təmin etmək;
- Satış və maliyyə təhlili aparmaqla hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək;
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil
- İş təcrübəsi : Restoran sahəsində menecer/direktor vəzifəsində minumum 3 il iş təcrübəsi ;
- Yüksək səviyyədə ünsiyyət qurabilmə və təşkilatçılıq qabiliyyəti ;
- Güclü ünsiyyət və liderlik bacarıqları;
- Heyət rəhbərliyi, qonaq məmnuniyyəti və əməliyyat göstəriciləri sahəsində güclü olmalı;
- Anbar idarəetməsi, büdcə maliyyə nəzarəti bilgilərinə malik olmalı;
- İdarəçiliyində minumum 50 nəfərlik heyətin olması;
- Çevik iş tempinə və çevik iş saatlarına uyğunlaşmaq bacarığı;
- Detallara diqqət etmək bacarığı ;
- Əmək intizamına riayət etmək ;
- Kollektivdə işləmək bacarığı;
- MS Office və restoran avtomatlaşdırma sistemlərindən (Micros, Fidelio və s.) istifadə etmək bacarığı;
- Dil bilikləri: Rus dili və ya İngilis dili ;
- Yaş həddi: 35-45.
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş qrafiki
- İstirahət günü: həftədə 1 gün
- Nahar şirkət tərəfindən verilir
- Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə
- Əmək haqqı: müsahibə əsasında.
Vakansiya ilə maraqlanan namizədlərdən şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 0102329119 nömrəsinin whatsappına, mövzu hissəsində vakansiya adını “Restoran meneceri” qeyd edərək göndərilməsi xahiş olunur.