Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta (Paşa Sığorta);
- Push30 tətbiqindən istifadə imkanı;
- Peşəkar komanda ilə işləmək fürsəti.
İşin təsifatı:
- Struktur bölmələrinə qanunvericiliyinin və digər normativ sənədlərin tətbiqi ilə əlaqədar mürəkkəb olan məsələlər üzrə hüquqi yardım göstərilməsi
- Müxtəlif növ müqavilələrin, Müqaviləyə əlavələr, əlavə razılaşmalar və dəyişikliklərin hazırlanması və ekspertizasında iştirak etmək;
- Əmrlərin, göstərişlərin və digər hüquqi sənədlərin tərtib edilməsi;
- Sənədlərin hüquqi baxımdan yoxlanılması və hüquqi rəylərin verilməsi
- Səlahiyyətinə aid edilmiş məsələlər üzrə hüquqi və fiziki şəxslərdən daxil olmuş mürəkkəb olan məktub, sorğu, ərizə, şikayət və təkliflərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxmaq, araşdırdırmaq, və cavablandırılmasını təmin etmək
- Müqavilə və əlavələrinin xitamı, ləğvi və qüvvədən düşməsi üçün tələb olunan sənədlərin hazırlanması və nəzarət etmək;
- Hüquqi məsələlərlə bağlı dövlət qurumlarında, məhkəmələrdə, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Şirkəti təmsil etmək, şirkət adından sənədlərin hazırlanması, təqdim edilməsini həyata keçirmək;
- Mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından sənədlərə hüquqi nəzarətin həyata keçirilməsi;
- Tender müqavilələrinin hazırlanması (bölmələrin yığılması), tamlığına/bütövlüyünə nəzarət edilməsi, icra olunacaq işin predmetinə uyğunlaşdırılması;
- Müqavilənin icrası zamanı yaranmış problemlərin analizi və müvafiq tədbirlərin görülməsi;
- Dövlət orqanları, idarə, müəssisə və təşkilatlarla yazışmalarda iştirak edilməsi, hüquqi sorğuların cavablandırılması;
Namizədə dair tələblər:
- Ali Təhsil (Hüquq, beynəlxalq hüquq)
- Əlaqədar sahədə minimum 2 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Mülki, Mülki-prosessual, Əmək, Vergi və İnzibati Xətalar Məcəlləsi üzrə biliklər;
- Müqavilələrin bağlanmasını tənzimləyən normativ hüquqi aktlar üzrə biliklər;
- MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı.
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı. Rus dili – orta
- Yüksək ünsiyyət və komanda ilə işləmək bacarığı.
Xahiş edirik CV-lərinizi mövzu bölməsində ”Hüquqşünas”qeyd etməklə e-mail ünvanına göndərəsiniz.