“Güvənli” MMC Gəncə, Göygöl, Samux, Goranboy şəhərləri və Qarayeri qəsəbəsi üzrə Təcrübəçi Kredit mütəxəssisi vakansiyasını açıq elan edir
Əmək haqqı + Bonus sistemi + Peşəkar inkişaf və təlim
Vəzifə öhdəlikləri
- Təşkilatın kredit məhsullarını təbliğ etmək,müştəriləri cəlb etmək, birbaşa marketinq və satış funksiyasını həyata keçirtmək;
- Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat vermək;
- Kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
Tələblər
- Cins: Xanım və Kişi namizədlər
- Şəhər: Gəncə, Göygöl, Samux şəhəri üzrə namizədlər
- Müştərilərlə ünsiyyət qurmaq və xidmət göstərmək bacarığı
- Ali və ya orta ali təhsil (Kişi namizədlər üçün hərbi mükəlləfiyyətli və ya möhlət hüququ olan
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti, riyazi hesablama aparmaq qabiliyyəti, komputer və ofis proqramlarından istifadə bacarığı
- Satış bacarığına malik olmaq
- Öyrənməyə həvəsli və komanda ilə işləməyi bacarmaq
Şirkət tərəfindən təklif olunur:
- Əmək haqqı və bonus sistemi
- Rəsmi əmək müqaviləsi
- İş prosesinə üyğun təlim (iş prosesi öyrədilir)
- Peşəkar inkişaf və karyera imkanları
- Stabil və mehriban iş mühiti
- Əmək haqqı 300 Azn + bonus
Vakansiyanın tələblərinə uyğun olan namizədlər CV-lərini bölgəyə uyğun başlığı qeyd edərək (misal: Gəncə Təcrübəçi kredit mütəxəssisi) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərərək vakansiyaya müraciət edə bilərlər.