Vəzifənin məqsədi
- Satış mütəxəssisinin əsas məqsədi potensial müştərilərin cəlb edilməsi, klub üzvlüklərinin və əlavə xidmətlərin satışının həyata keçirilməsi, mövcud müştərilərlə davamlı münasibətlərin qurulması və müəyyən edilmiş satış hədəflərinə nail olunmasını təmin etməkdir.
Əsas vəzifə və öhdəliklər
- Klub üzvlüklərinin, fərdi məşq paketlərinin və digər xidmətlərin satışını həyata keçirmək.
- Yeni potensial müştəriləri müəyyən etmək və müxtəlif satış kanalları vasitəsilə onlarla əlaqə qurmaq.
- Telefon zəngləri, WhatsApp, sosial media və digər kanallardan daxil olan müraciətləri vaxtında cavablandırmaq.
- Potensial müştərilərə klubun xidmətləri, üzvlük paketləri, qiymətləri və mövcud kampaniyaları barədə ətraflı məlumat vermək.
- Potensial müştərilər üçün klub turları təşkil etmək, xidmətləri təqdim etmək və onların ehtiyaclarına uyğun üzvlük paketləri təklif etmək.
- Potensial müştərilərlə müntəzəm təkrar əlaqə saxlamaq və satış imkanlarını nəticəyə çevirmək.
- Müəyyən edilmiş aylıq satış, gəlir və yeni üzv cəlbi hədəflərinə nail olmaq.
- Mövcud üzvlərlə əlaqələri qorumaq, üzvlüklərin yenilənməsini və əlavə xidmətlərin satışını təşviq etmək.
- Müştəri məlumatlarını, müraciətləri və satış prosesinin mərhələlərini CRM sistemində düzgün və vaxtında qeyd etmək.
- Satış kampaniyaları, promo aksiyalar və müştəri cəlbi tədbirlərinin həyata keçirilməsində iştirak etmək.
- Satış nəticələri, potensial müştərilərin sayı, satış konversiyası və digər əsas göstəricilər üzrə müntəzəm hesabatlar hazırlamaq.
- Müştəri məmnuniyyətini təmin etmək və yaranan sual və müraciətləri müvafiq qaydada yönləndirmək.
- Klubun daxili qaydalarına, xidmət standartlarına və satış prosedurlarına riayət etmək.
Namizədə dair tələblər
- Satış sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır.
- Fitnes, wellness, qonaqpərvərlik və ya müştəri xidməti sahəsində təcrübə üstünlükdür.
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı.
- Müştəri ehtiyaclarını müəyyən etmək və uyğun məhsul və xidmətləri təklif etmək bacarığı.
- Aktiv satış, potensial müştərilərlə əlaqə və təkrar satış proseslərində işləməyə hazırlıq.
- Nəticəyönümlülük, təşəbbüskarlıq və satış hədəflərinə çatmaq üçün motivasiya.
- Yaxşı təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları.
- Azərbaycan dilində sərbəst danışıq; rus dili arzuolunandır, ingilis dili üstünlükdür.
- MS Office proqramları üzrə baza bilikləri; CRM sistemləri ilə işləmək təcrübəsi üstünlükdür.
- Fitnes, wellness və sağlam həyat tərzinə maraq.
Biz nə təklif edirik
- Sabit əmək haqqı və satış nəticələrinə əsaslanan aylıq bonus
- Karyera yüksəlişi perspektivi.
- İnkişaf edən premium wellness klubunda dinamik iş mühiti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.