Əsas vəzifələr
- Klubun gündəlik fəaliyyətinin təşkilinə və nəzarətinə dəstək olmaq;
- Resepsiyon, təmizlik, məşqçi və digər əməkdaşların gündəlik işini koordinasiya etmək;
- Müştəriləri qarşılamaq və yüksək xidmət səviyyəsini təmin etmək;
- Müştərilərin müraciət, təklif və şikayətlərini qəbul etmək və operativ şəkildə həll etmək;
- Yeni üzvlərin qeydiyyatı, abonementlərin aktivləşdirilməsi və yenilənməsinə nəzarət etmək;
- ERP/CRM sistemində müştəri və üzvlük məlumatlarının düzgün və vaxtında yenilənməsini təmin etmək;
- Ödəniş və kassa əməliyyatlarına, həmçinin gündəlik hesabatlara nəzarət etmək;
- Klubda təmizlik, nizam-intizam və ümumi xidmət keyfiyyətinə nəzarət etmək;
- Avadanlıq və inventarla bağlı problemləri müəyyən etmək və rəhbərliyə məlumat vermək;
- Növbələrin düzgün təhvil-təslim olunmasını təmin etmək;
- Gündəlik işlərlə bağlı rəhbərliyin tapşırıqlarını yerinə yetirmək.
Namizədə tələblər
- Administrator, resepsiyon, satış və ya müştəri xidməti sahəsində iş təcrübəsi;
- Azərbaycan dilində səlis danışıq bacarığı;
- Rus və/və ya ingilis dili biliyi üstünlükdür;
- Kompüter və MS Office proqramlarından istifadə bacarığı;
- ERP/CRM sistemləri ilə işləmə təcrübəsi üstünlükdür;
- Yaxşı ünsiyyət və müştəri xidməti bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Komanda ilə işləmək və gündəlik işləri koordinasiya etmək bacarığı;
- Növbəli iş qrafikində işləməyə hazır olmaq.
Biz təklif edirik
- Stabil və peşəkar iş mühiti;
- Müasir idman klubunda çalışma imkanı;
- Peşəkar inkişaf və karyera imkanları;
- Təcrübə və bacarıqlara uyğun əmək haqqı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.