İdman klubu administratoru

  • Deadline 5 Noyabr 2026

Əsas vəzifələr

  • Klubun gündəlik fəaliyyətinin təşkilinə və nəzarətinə dəstək olmaq;
  • Resepsiyon, təmizlik, məşqçi və digər əməkdaşların gündəlik işini koordinasiya etmək;
  • Müştəriləri qarşılamaq və yüksək xidmət səviyyəsini təmin etmək;
  • Müştərilərin müraciət, təklif və şikayətlərini qəbul etmək və operativ şəkildə həll etmək;
  • Yeni üzvlərin qeydiyyatı, abonementlərin aktivləşdirilməsi və yenilənməsinə nəzarət etmək;
  • ERP/CRM sistemində müştəri və üzvlük məlumatlarının düzgün və vaxtında yenilənməsini təmin etmək;
  • Ödəniş və kassa əməliyyatlarına, həmçinin gündəlik hesabatlara nəzarət etmək;
  • Klubda təmizlik, nizam-intizam və ümumi xidmət keyfiyyətinə nəzarət etmək;
  • Avadanlıq və inventarla bağlı problemləri müəyyən etmək və rəhbərliyə məlumat vermək;
  • Növbələrin düzgün təhvil-təslim olunmasını təmin etmək;
  • Gündəlik işlərlə bağlı rəhbərliyin tapşırıqlarını yerinə yetirmək.

Namizədə tələblər

  • Administrator, resepsiyon, satış və ya müştəri xidməti sahəsində iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışıq bacarığı;
  • Rus və/və ya ingilis dili biliyi üstünlükdür;
  • Kompüter və MS Office proqramlarından istifadə bacarığı;
  • ERP/CRM sistemləri ilə işləmə təcrübəsi üstünlükdür;
  • Yaxşı ünsiyyət və müştəri xidməti bacarığı;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq;
  • Komanda ilə işləmək və gündəlik işləri koordinasiya etmək bacarığı;
  • Növbəli iş qrafikində işləməyə hazır olmaq.

Biz təklif edirik

  • Stabil və peşəkar iş mühiti;
  • Müasir idman klubunda çalışma imkanı;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Təcrübə və bacarıqlara uyğun əmək haqqı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily68
  • Weekly188
  • Monthly439