H Hajigabul Poultry Farm Company
  • 607

Hajigabul Poultry Farm Company

Ərzaq məhsulların istehsalı

Audit üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Audit üzrə Mütəxəssis

  • Deadline 28 Dekabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə Haqqında:

Biz komandamıza Audit Üzrə Mütəxəssis axtarışındayıq , bu rolda sizin əsas vəsifəniz fabrik daxilində daxili audit proseslərini həyata keçirmək, maliyyə və əməliyyat fəaliyyətlərini yoxlamaq, risklərin minimallaşdırılması istiqamətində təhlillər aparmaq və təkminləşdirməsi üzrə təkliflər hazırlamaq , şirkətin fəaliyyətinin müvafiq qanunvericilik və daxili siyasətə uyğunluğunu təmin etməkdən ibarət olacaqdır.

İş barədə məlumat:

  • İş yeri : Hacıqabul ;
  • Fabrikin maliyyə və əməliyyat fəaliyyətlərinin auditini aparmaq;
  • Daxili audit planına uyğun olaraq risklərin müəyyən edilməsi və qiymətləndirilməsi;
  • Audit zamanı aşkar olunan uyğunsuzluqlar, maliyyə itkiləri və səmərəsizliklərlə bağlı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Əməliyyat və maliyyə fəaliyyətlərində effektiv nəzarət sistemlərinin qurulması və tətbiqini təklif etmək;
  • İllik audit planının hazırlanması və həyata keçirilməsinə dəstək göstərmək;
  • Müvafiq sənədlərin və prosedurların qanunvericiliyə və daxili siyasətə uyğunluğunu yoxlamaq;
  • Audit nəticələrinə əsaslanaraq problemlərin aradan qaldırılması və proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • 6 günlük iş rejimi ;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Servis mövcüddur ( Bakı şəhəri, Hacıqabul,Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir );
  • Əmək haqqı : Müsahibə əsasında.

Tələblər:

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil;
  • Audit və ya daxili nəzarət sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Beynəlxalq audit standartları və müvafiq qanunvericilik üzrə biliklər;
  • Risklərin idarə edilməsi və analiz bacarıqları;
  • Analitik düşüncə və detallara yüksək diqqət;
  • Güclü məsuliyyət hissi və etibarlılıq;
  • Komanda ilə işləmə bacarığı və effektiv ünsiyyət qurma qabiliyyəti.

Əgər bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi elektron poçt qeyd edilmiş elektron poçt ünvanımıza göndərə bilərsiniz.

  • Daily132
  • Weekly132
  • Monthly137