Vəzifə Haqqında:
Biz komandamıza Audit Üzrə Mütəxəssis axtarışındayıq , bu rolda sizin əsas vəsifəniz fabrik daxilində daxili audit proseslərini həyata keçirmək, maliyyə və əməliyyat fəaliyyətlərini yoxlamaq, risklərin minimallaşdırılması istiqamətində təhlillər aparmaq və təkminləşdirməsi üzrə təkliflər hazırlamaq , şirkətin fəaliyyətinin müvafiq qanunvericilik və daxili siyasətə uyğunluğunu təmin etməkdən ibarət olacaqdır.
İş barədə məlumat:
- İş yeri : Hacıqabul ;
- Fabrikin maliyyə və əməliyyat fəaliyyətlərinin auditini aparmaq;
- Daxili audit planına uyğun olaraq risklərin müəyyən edilməsi və qiymətləndirilməsi;
- Audit zamanı aşkar olunan uyğunsuzluqlar, maliyyə itkiləri və səmərəsizliklərlə bağlı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Əməliyyat və maliyyə fəaliyyətlərində effektiv nəzarət sistemlərinin qurulması və tətbiqini təklif etmək;
- İllik audit planının hazırlanması və həyata keçirilməsinə dəstək göstərmək;
- Müvafiq sənədlərin və prosedurların qanunvericiliyə və daxili siyasətə uyğunluğunu yoxlamaq;
- Audit nəticələrinə əsaslanaraq problemlərin aradan qaldırılması və proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- 6 günlük iş rejimi ;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Servis mövcüddur ( Bakı şəhəri, Hacıqabul,Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir );
- Əmək haqqı : Müsahibə əsasında.
Tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil;
- Audit və ya daxili nəzarət sahəsində ən azı 2 il iş təcrübəsi;
- Beynəlxalq audit standartları və müvafiq qanunvericilik üzrə biliklər;
- Risklərin idarə edilməsi və analiz bacarıqları;
- Analitik düşüncə və detallara yüksək diqqət;
- Güclü məsuliyyət hissi və etibarlılıq;
- Komanda ilə işləmə bacarığı və effektiv ünsiyyət qurma qabiliyyəti.
Əgər bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi elektron poçt qeyd edilmiş elektron poçt ünvanımıza göndərə bilərsiniz.