Hajigabul Poultry Farm Company Hajigabul Poultry Farm Company

Dezinfektor (Hacıqabul)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Dezinfektor (Hacıqabul)

  • Deadline 28 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə məlumat:

  • İş yeri: Hacıqabul şəhəri;
  • Fabrikin istehsal sexləri, anbarlar, inzibati binalar və ətraf ərazidə planlı dezinfeksiya işlərinin aparılması;
  • Dezinfeksiya məhlullarının hazırlanmasında iştirak etmək, konsentrasiyasına və sərfiyyatına nəzarət etmək;
  • Dezinfeksiya avadanlıqlarının - motorlu və əl dusterlərinin, hidropultların istismarı və texniki vəziyyətinə nəzarət  etmək;
  • Baytarlıq xidmətinin rəhbərliyinin verdiyi göstərişlərin vaxtında icrası;
  • İş zamanı şəxsi gigiyena və təhlükəsizlik qaydalarına əməl olunması;
  • Zərərvericilərə qarşı dezinseksiya və deratizasiya tədbirlərində iştirak;

İş şəraiti

  • 6 günlük iş rejimi (08:00 – 17:00) və həftədə bir gün istirahət;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Servis mövcüddur (Hacıqabul, Şirvan və Sabirabad  ray. servis xidmətimiz fəaliyyət göstərir);
  • Əmək haqqı 600 Azn.

Tələblər:

  • Təhsil: Orta təhsil və ya Orta ixtisas ( aqronomiya, biologiya təhsili arzuolunandır); 
  • Yaş həddi: 20 – 45 yaş arası;
  • Bəy namizədlər;
  • Təcrübə: Quşçuluq, heyvandarlıq və ya qida sənayesi müəssisələrində 1 il iş təcrübəsi üstünlükdür;
  • Sağlamlıq: Ağır fiziki işə dözümlü olmalı, allergik xəstəliyi olmamalıdır;
  • Şəxsi keyfiyyətlər: Məsuliyyətli, nizam-intizamlı, kollektivdə işləmək bacarığı;
  • Hacıqabul, Şirvan və Sabirabad ray. müraciət edən namizədlərə üstünlük veriləcəkdir;

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly653
  • Monthly2406