H Hajigabul Poultry Farm Company
  • 429

Hajigabul Poultry Farm Company

Food Products

Elektrik (Hacıqabul)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Elektrik (Hacıqabul)

  • Deadline 12 August 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş Barədə Məlumat:

  • İstehsalatda olan motorlara vizual nəzarət və ilkin vəziyyət qiymətləndirilməsinin aparılması;
  • Motorların sağlamlıq testi və analiz işlərinin icrası;
  • Üç fazalı elektrik avadanlıqları ilə işləmək və onları qoşub-ayırmaq bacarığı;
  • Multimetr və digər ölçü cihazları ilə peşəkar işləmək;
  • İstehsalat sahəsində avadanlıqların nasazlıqlarını müəyyən etmək və texniki cəhətdən aradan qaldırmaq;
  • Avadanlıqların elektrik sxemlərini oxumaq və təmir prosesində istifadə etmək;
  • Kameraların kabel xətlərinin çəkilməsi, qoşulması və sazlanması işlərini yerinə yetirmək;
  • İstehsalat avadanlıqlarının elektrik hissələrinin adlarını tanımaq, yoxlama və əvəzləmə bacarığına malik olmaq;
  • Təhlükəsizlik qaydalarına uyğun olaraq elektrik sahəsində texniki xidmət göstərmək;
  • 6 günlük iş rejimi (08:00 - 17:00);
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Servis mövcüddur ( Hacıqabul, Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir );
  • Əmək haqqı: Müsahibə əsasında.

Tələblər:

  • Elektrik və ya texniki sahədə orta ixtisas və ya ali təhsil;
  • Elektrik sahəsində (xüsusilə sənaye/istehsalat üzrə) ən azı 1 il iş təcrübəsi;
  • Hacıqabul, Şirvan və Sabirabad ray. olan namizədlərə üstünlük veriləcəkdir;
  • Üç fazalı sistemlərlə və sənaye avadanlıqları ilə işləmə bacarığı;
  • Multimetr və digər ölçü cihazları ilə işləmə vərdişi;
  • Elektrik dövrə sxemlərini oxuma və analiz etmə bacarığı;
  • Mexaniki-elektrik nasazlıqları müəyyən etmə və aradan qaldırmaq təcrübəsi;
  • Sərbəst və komanda şəraitində işləmək bacarığı;
  • Elektrik təhlükəsizliyi qaydalarına tam riayət etmək.

Əgər siz dinamik bir mühitdə işləməyi hədəfləyirsinizsə, komandamıza qoşulmaq üçün CV-nizi və əlaqə məlumatlarınızı Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərin.

  • Daily0
  • Weekly0
  • Monthly1176