H Hajigabul Poultry Farm Company
  • 546

Hajigabul Poultry Farm Company

Food Products

Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis - Hacıqabul (İstehsal)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis - Hacıqabul (İstehsal)

  • Deadline 15 June 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə Haqqında:

Biz komandamıza istehsal sahəsində  keyfiyyəti təmin etmək üçün  təcrübəli Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis axtarışındayıq . Bu rolda sizin əsas məqsədiniz qida təhlükəsizliyi standartlarına uyğun olaraq istehsal sahəsində proseslərə nəzarət etmək, sanitar-gigiyenik qaydaların tətbiq olunmasını təmin etmək və keyfiyyət standartlarına uyğunluğun yoxlanılmasını həyata keçirməkdən ibarət olacaqdır.

İş Barədə Məlumat:

  • Yumurta istehsalı prosesində gündəlik keyfiyyət yoxlamalarının aparılması (xarici görünüş, təmizlik, qabığın möhkəmliyi və s.);
  • Qablaşdırma, markalanma və daşınma mərhələlərində keyfiyyətə nəzarət;
  • Gündəlik və aylıq keyfiyyət protokollarının, hesabatların hazırlanması;
  • Qeyri-standart məhsulların aşkarlanması və səbəblərinin araşdırılması;
  • ISO, HACCP və digər qida təhlükəsizliyi standartlarına uyğunluğun təmin olunmasında iştirak;
  • Laboratoriya analizləri və mikrob yoxlamalarının nəticələrinə əsasən tədbirlər planlaşdırmaq;
  • İşçi heyətə keyfiyyətlə bağlı təlimat və maarifləndirmələrin verilməsi;
  • İstehsalat sexləri ilə və aidiyyəti şöbələrlə koordinasiyalı fəaliyyət;
  • 6 günlük iş rejimi, 1 gün istirahət ;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Servis mövcüddur ( Hacıqabul, Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir );
  • Əmək haqqı : Müsahibə əsasında.

Tələblər:

  • Baytarlıq, biotexnologiya, qida mühəndisliyi və ya texniki sahədə ali təhsil;
  • Hacıqabul, Şirvan və Sabirabad rayonlarından müraciət edən namizədlərə üstünlük veriləcəkdir;
  • Yaş həddi: 21 - 40 yaş yarası;
  • Yumurta istehsalı və ya qida sektorunda keyfiyyətə nəzarət üzrə ən azı 1-2 il iş təcrübəsi;
  • HACCP, ISO 22000 və digər müvafiq standartlar üzrə biliklər (sertifikat üstünlükdür);
  • Dəqiq və məsuliyyətli yanaşma, analitik düşüncə və problem həll etmə bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Komandada işləmə və kommunikasiya bacarığı.

Əgər bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanımıza göndərə bilərsiniz .

  • Daily90
  • Weekly90
  • Monthly94