İş Barədə Məlumat:
- Elektron Qaimə Fakturaların (EQF) tərtib edilməsi və uçotunun aparılması;
- İnternet bankçılıq vasitəsilə yerli və xarici köçürmələrə əsasən ödəniş tapşırıqlarının hazırlanması və icra edilməsi;
- BTP proqramında aylıq ƏDV bəyannaməsinin yığılması və əvəzləşdirmələrin aparılması;
- Rüblük muzdlu işlə əlaqədar vahid bəyannamənin hazırlanması və təqdim edilməsi;
- Rüblük ödəmə mənbəyindən vergi bəyannaməsinin hazırlanması və təqdim edilməsi;
- Mühasibatlıq sənədlərinin düzgün tərtib olunması və arxivləşdirilməsi;
- Vergi və digər dövlət orqanlarına hesabatların hazırlanması və təqdim edilməsi;
- 1C 8.3 proqram təminatında işləmək və mühasibat uçotunu aparmaq;
- Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi və maliyyə proseslərinə nəzarət etmək;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Mobil xərclər şirkət tərəfindən qarşılanır;
- Servis mövcüddur ( Hacıqabul,Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir );
- Əmək haqqı : Müsahibə əsasında.
Tələblər:
- Yaş həddi : 25- 40 yaş arası;
- Çins : Bəy namizəd;
- Hacıqabul, Şirvan və Sabirabad ray. olan namizədlərə üstünlük veriləcəkdir;
- Ali təhsil (Mühasibat uçotu, Maliyyə və ya İqtisadiyyat sahəsində);
- Mühasibatlıq və ya maliyyə sahəsində ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının vergi qanunvericiliyini və mühasibat uçotu qaydalarını bilmək;
- 1C 8.3 proqramında işləmə bacarığı (üstünlükdür);
- MS Office (xüsusilə Excel) proqramlarını yaxşı səviyyədə bilmək;
- Analitik düşünmə və məsuliyyətlilik;
- Dəqiqlik və detallara diqqət yetirmə bacarığı;
- Komanda ilə işləmə bacarığı.
Əgər siz mühasibatlıq sahəsində təcrübəyə malik və dinamik bir mühitdə işləməyi hədəfləyirsinizsə, komandamıza qoşulmaq üçün CV-nizi və əlaqə məlumatlarınızı elektron poçtuna göndərin.