İş Barədə Məlumat:
- İş yeri – Bakı şəhəri;
- Məhsulların təyin edilmiş ünvanlara daşınmasının təmin edilməsi;
- Marşrut üzrə hərəkət planına əməl edilməsi və çatdırılma vaxtlarının qorunması;
- Nəqliyyat vasitəsinin təmizliyini və gigiyenik vəziyyətinin təmin edilməsi;
- Avtomobilin texniki vəziyyətinə nəzarət və müntəzəm baxımının təmin edilməsi;
- Yanacaq və digər avtomobil istismar göstəricilərinin uçotunun aparılması;
- Lazım gəldikdə təmir işləri üçün avtomobilin müvafiq servislərə çatdırılması;
- Şirkət qaydalarına və yol hərəkəti qanunvericiliyinə əməl edilməsi;
- 6 günlük iş rejimi (09:00 - 17:00) və həftədə bir gün istirahət;
- Əmək haqqı : 700 azn NET;
- İdarə olunacaq avtomobilin markası : Mersedes ( Sprinter ).
Tələblər:
- Yaş həddi : 30-50 yaş arası;
- Sürücülük vəsiqəsi (BC kateqoriyası mütləqdir);
- Mercedes Sprinter markalı yük maşını idarəetmə təcrübəsi (ən azı 2 il);
- Azərbaycan Respublikasının yol hərəkəti qaydalarını dərindən bilmək;
- Yük maşınlarının texniki vəziyyəti haqqında əsas biliklər;
- Yüksək məsuliyyət, dəqiqlik və intizam;
- Uzun məsafəli səfərlərdə işləmə bacarığı;
- Fiziki dözümlülük və komanda ilə işləmə qabiliyyəti.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər .