Vəzifələr:
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi;
- Avtomatik idarəetmə və ölçmə cihazlarında nasazlıq müəyyən olunduğu zaman təmiri və yenidən işə salınmasını təmin etmək və ya bu kimi işlərə nəzarət etmək;
- Avtomatika və elektronika ilə bağlı problemlərin həll edilməsi;
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edilməsi;
- İstehsalatda avtomatika və elektronika ilə bağlı yaranan problemlərin operativ səbəbin aşkar etməsi və həll edilməsi;
- Sistemdə baş verən xətaların və qəza mesajlarının təhlil edilməsi və həlli yönündə qərar verilməsi;
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinin təmin edilməsi;
- Lazım olduqda texniki sənədlər, hesabatlar və təqdimatlar hazırlanması;
- Gün və ya həftə ərzində görülən işlərlə bağlı rəhbərliyin məlumatlandırılması;
- Vəzifəsindən irəli gələn digər işlərin görülməsi
Tələblər:
- Texniki ali təhsil vacibdir. (Avtomatika, Elektronika, Robototexnika sahəsinin təhsili üstünlükdür)
- Muvafiq sahədə ən azı 3-5 il təcrübə üstünlükdür
- İnglis dili biliyi (ən azı B1, B2 levels). Azərbaycan dilini isə mükəmməl bilməli, Rus dili bilməsi arzulunandır.
- Yaş 25-40
- Analitik və məntiqi düşüncəsi. Detallara diqqət və müxtəlif komandalarla əməkdaşlıq etmək bacarığı
- Ofis proqramlarında sərbəst işləmə bacarığı (Word, Excel, Power Point, Outlook).
- Yüksək qavrama və öyrənmə qabiliyyəti
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
- İstehsalat sahəsində çalışma imkanının olması
- Lazım olduqda texniki sənədlər, hesabatlar və təqdimatlar hazırlamaq
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
- Elektronica, Avtomatica və ya NÖÇ üzrə biliyi vacib,
- Elektrik qurğuları və avadanlıqların istismarı, təmiri və xidməti üzrə mütərəqqi təcrübəsi olmalı
- Elektrotexnikanın və nəzəri əsasları üzrə bilik
- Proqramlaşdırma və robot texnikası ilə tanışlıq
- Plataların təmiri üsulları üzrə təcrübəsi olması arzuolunandır
- Elektron prinsipial sxemlərinin oxumağı bacarığı
- Elektrik alətləri ilə işləməyə bacarığı
- Elektron ölçü alətləri ilə işləməyə bacarığı
İş şəraiti:
- Həftəlik 5 iş günü ( 08:30-dan 17:30-dək)
- Azərbaycan Respublikası Əmək Məcəlləsi uyğun sənədləşmə
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
CV-rinizi vəzifənin adını və əmək haqqı gözləntinizi qeyd edərək elektron poçt ünvanına göndərməyi unutmayın.