Vəzifə öhdəlikləri:
- Brendlərin və portfolio məhsullarının kommunikasiya strategiyalarına uyğun olaraq rəqəmsal marketinq planlarının, kampaniyalarının hazırlanması və həyata keçirilməsini idarə etmək;
- Kampaniyaların effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib, təhlil etmək və təkmilləşdirmə sahələrini müəyyən etmək;
- Ən yeni və köklü SEO təcrübələrini analiz və tətbiq etmək;
- A/B testinq və bənzər alətlərdən istifadə edib müştəri seqmentləri və kanalların effektivliyini təhlil etmək;
- Rəqəmsal marketinq büdcəsinin planlaşdırılması və nəzarət edilməsi və hər bir yerləşdirmə kanalları (Ödənişli media, mobil, sosial və SEO) üzrə maksimal effektivliyin əldə edilməsinə nəzarət etmək;
- Kampaniyaların nəticələrini və effektivliyini təhlil etmək və rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatlar yaratmaq;
- Məhsul və xidmətlərin istifadəçilərinin artımını təmin etmək üçün yeni rəqəmsal kanalları sınaqdan keçirmək.
Tələblər:
- Ali təhsil;
- Rus dili-əla, inglis dili-arzuolunandır;
- Təcrübə 1-3 il arası;
- İş saatlarından kənar saatlarında işləmək imkanı (tədbirlərin təşkili zamanı)
- Yeni yaradıcı ideyalar təqdimetmə bacarığı;
- Layihələri idarə etmə bacarığı;
- Startap tipli layihələrdən anlayışlı olmaq;
- Komanda işi və əməkdaşlıq etmə bacarığı;
- Müxtəlif reklam platformaları və alətləri ilə praktik təcrübə (Google Ads, Facebook Business Manager və s.);
- Analitik platformalarla iş təcrübəsi (Google Analytics, Adjust və s.);
- Xüsüsi MS Office proqramlarını bilmək.