Tələblər
- Xarici satınalma və təchizat sahəsində təcrübə (texniki bilik, avadanlıq, elektrik və elektronik malların və onların ehtiyyat hissələrinin alışı təcrübəsi, beynəlxalq ticarətin əsasları bilməyi şərtdir);
- İngilis və Rus dillərində yüksək yazı və danışıq bacarığı;
- İşgüzar etik qaydalar, punktuallıq və vaxtdan düzgün istifadə bacarığı;
- MS Office proqram biliklərin olması;
- Bazarı təhlil etmək bacarığı;
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
- Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları.
Vəzifə öhdəlikləri
- Təchizatçılar ilə əlaqələrin qurulması;
- Satınalma sənədlərinin hazırlanması;
- Satınalma müqavilələrinin hazırlanması;
- Logistikanın təşkil olunması və izlənməsi;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
- Ölkə xaricindən satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ölkəyə çatdırılmasının təşkil olunması;
- Xarici bazar təkliflərinin müqayisəsi;
- Xarici və daxili ezamiyyətlərə getməyə hazır olmaq;
- Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq;
- Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək;
- Satınalma müqavilələrini hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq;
- Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək
- Razılaşdırılmış sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək
- Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini tələb etmək, göndərilmiş fakturanı yoxlamaq, alt sənədlərlə birlikdə təsdiq üçün rəhbərinə təqdim etmək, təsdiq aldıqdan sonra ödəmə olunması üçün mühasibatlığa ötürmək;
- Ödəniş olunduqdan sonra ödəmə barəsində məlumatı tədarükçüyə göndərmək və yükləmə barədə bütün məlumatları almaq, sifarişlərin müqavilə şərtlərinə uyğun göndərilməsini nəzarətdə saxlamaq;
- Göndərməni gecikdirən tədarükçülərdən gecikmənin səbəblərini öyrənmək, rəhbərinə məlumat vermək və müvafiq göstərişə əsasən addımlar atmaq.
Dəyərlərimiz:
- İnkişaf və davamlı öyrənmək istəyi
- Qayğı göstərmək və kömək etmək istəyi
- Dürüstlük və ədalətli mübadilə
Seçim bir neçə mərhələdən ibarətdir:
- CV – namizədlərin təcrübəsinin uyğunluğu nəzərdən keçirilir
- Üz-üzə müsahibə - “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
- Rəhbərlə müsahibə
Şərtlər:
- İş cədvəli: Həftənin 5 günü 9.00-dan 18.00-dək;
- Rəsmiləşdirmək Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun.
Yuxarıda qeyd edilənlər sizə uyğundursa – geri dönüş edin!
CV-zi vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyi unutmayın.