Vəzifə öhdəliyi:
- Xidmət sistemini təmin etmək
- Restoranın, yemək sahəsinin, funksional və ya iaşə obyektlərinin hazırlığını tamamlamaq və müəssisənin prosedurları çərçivəsində xidmət tələblərinə uyğun olaraq müştərilərin rahatlığını və istirahətini təmin etmək üçün yemək mühitinə müvafiq dəyişikliklər etmək.
- Müştəriləri salamlamaq və müəssisənin proseduruna uyğun olaraq yeməkdən əvvəlki xidmətləri göstərmək.
- Müəssisənin prosedurlarına uyğun olaraq müştəriləri masanın düzülüşünü müvafiq qaydada yerləşdirmək, onların əyləşməsinə kömək etmək.
- Müştərilərə menyu və içki siyahılarını təqdim etmək, aydın təsvirlər və izahlar vermək, suallara düzgün və nəzakətli şəkildə cavab vermək.
- İçki və yemək seçməkdə müştərilərə yardım etmək məqsədilə onlara tövsiyə və təkliflər vermək.
- Sifarişləri qəbul etmək, mətbəxə və bara ötürmək və bu zaman müvafiq olduğu təqdirdə hər hansı xüsusi tələb, pəhriz və ya mədəni tələblər barədə məlumat vermək.
- Xidmət və məhsullar ilə bağlı gecikmələri və ya qüsurları aşkar etmək, müştərinin məmnunluğunu təmin etməklə müəssisənin siyasət və prosedurlarına uyğun olaraq onları tez bir zamanda aradan qaldırmaq və məlumat vermək.
- Həmkarlar və müştərilər ilə əlaqələri idarə etmək.
- Kommunikasiya və informasiya axını səviyyəsini yüksəltmək məqsədilə xidmətdən əvvəl, xidmət zamanı və xidmətdən sonra mətbəx, barmenlər və digər ofisiantlar ilə ünsiyyət qurmaq.
- Xörəklərin düzgün şəkildə və vaxtında hazırlanmasını, təqdim edilməsini təmin etmək üçün mətbəx işçiləri ilə əlaqədə olmaq.
İxtisas tələbləri:
- Müvafiq sahədə 1 il təcrübə;
- R-kiper proqramlarında işləmə bacarığı;
- Dil bilikləri: Azərbaycan, Rus dillərini bilməli; ( İnglis dili orta səviyyədə);
- Komandada işləmə bacarığına malik olmaq;
- Diqqətli və dəqiq olmaq;
- Təmizliyə riayət etmək;
- Yaş həddi: 20-45;
İş barədə məlumat:
- İş yeri: Səlyan şossesi 14 – Şıxov ( Sağlamlıq və İstirahət mərkəzi)
- İş rejimi: Növbəli şəkildə
- Nahar: Şirkət tərəfindən təmin olunur
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq.
- Azərbaycan Respublikası-nın Əmək Məcəlləsinə əsasən rəsmi işə qəbul
Qeyd: Tələblərə uyğun namizədlər elektron poçt ünvanına CV göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi: +994 55 440 03 29