İş barədə məlumat:
Biz tədris mərkəzimizdə məzunların karyera inkişafını dəstəkləyəcək və onların işə qəbul prosesini sürətləndirəcək mütəxəssis axtarırıq. Namizəd məzunlara CV hazırlamağı öyrədəcək, HR mütəxəssislərlə görüşlər təşkil edəcək, əmək bazarını izləyəcək və məzunlarımızın iş tapmasına dəstək olacaq.
Öhdəliklər:
- Məzunlara CV hazırlamağı öyrətmək və daim yeniləmək;
- Vakansiyaları araşdırmaq və uyğun məzunları yönləndirmək;
- Şirkətlərin HR-ları ilə əməkdaşlıq qurmaq və məzunları təklif etmək;
- Məzunlarla görüşlər, seminarlar və karyera dəstəyi təşkil etmək;
- Onların iş tapma prosesini sürətləndirmək və motivasiya etmək.
Tələblər:
- Ali təhsil (HR, menecment və ya yaxın sahələr);
- HR və ya karyera xidmətləri sahəsində təcrübə arzuolunandır;
- Əmək bazarını izləmə və vakansiya təhlili bacarığı;
- Güclü ünsiyyət və təşkilatçılıq bacarığı;
- Aktiv və məsuliyyətli yanaşma.
Biz təklif edirik:
- Rəsmi iş;
- Gənc və peşəkar kollektiv;
- Peşəkar inkişaf və karyera yüksəlişi;
- Tədris mərkəzimizin uğur hekayələrində iştirak imkanı.
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi-Cümə;
- Azərbaycan Respublikası Əmək qanunvericiliyinə əsasən rəsmiləşdirmə;
- Əmək haqqı: Razılaşma yolu ilə.
CV-lərinizi “Karyera üzrə Mütəxəssis” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərə bilərsiniz.