Handex Təhsil Mərkəzi komandamıza qoşulacaq Layihə meneceri axtarırıq.
Əsas vəzifə öhdəlikləri
- Müxtəlif istiqamətlər üzrə layihələrin planlaşdırılması, təşkili və icrasına nəzarət;
- Layihələrin məqsəd, fəaliyyət planı, vaxt qrafiki və büdcəsinin hazırlanması;
- Layihə çərçivəsində tərəfdaşlar, sponsorlar, şirkətlər və digər maraqlı tərəflərlə əməkdaşlığın qurulması və koordinasiyası;
- Layihələrin gedişatının izlənilməsi, nəticələrin qiymətləndirilməsi və hesabatların hazırlanması;
- Forum, konfrans, seminar, master-klass, təqdimat və digər korporativ tədbirlərin konsepsiyasının hazırlanması və təşkili;
- Tədbirlərin planlaşdırılmasından icrasınadək bütün təşkilati proseslərin idarə olunması;
- Tədbir sonrası nəticələrin təhlili, iştirakçı rəylərinin toplanması və yekun hesabatın hazırlanması.
Namizədə tələblər
- Ali təhsil;
- Layihələrin idarə olunması və ya tədbirlərin təşkili sahəsində minimum 2 il iş təcrübəsi;
- Event management və tədbir koordinasiyası üzrə praktiki bilik və bacarıqlar;
- Tərəfdaşlar, şirkətlər, təchizatçılar və müxtəlif auditoriyalarla effektiv kommunikasiya qurmaq bacarığı;
- Güclü təşkilatçılıq, koordinasiya və komanda idarəetmə bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- Operativ qərarvermə, problem həll etmə və multitasking bacarığı;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
Üstünlük hesab olunur
- Təhsil, biznes və korporativ layihələrdə təcrübə;
- Sponsorluq və tərəfdaşlıq münasibətlərinin qurulması üzrə təcrübə;
- Dövlət və özəl sektor layihələrinin idarə olunması;
- Layihə idarəetmə alətləri və metodologiyaları üzrə biliklər.
Biz nə təklif edirik?
- Dinamik və peşəkar komandada çalışma imkanı;
- Müxtəlif miqyaslı layihə və tədbirlərdə iştirak;
- Peşəkar inkişaf və yeni təcrübələr qazanmaq imkanı;
Müraciət üçün CV-nizi mövzu hissəsində “Layihə meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.