Əsas öhdəliklər:
- Satınalma şöbəsi ilə müştərilər arasında əlaqələndirici funksiyanın həyata keçirilməsi, tərəflər arasında operativ və dəqiq informasiya mübadiləsinin təmin edilməsi
- Daxil olan müştəri sorğularının ERP sistemində vaxtında və tam şəkildə qeydiyyata alınması
- Kommersiya təkliflərinin hazırlanması və müəyyən edilmiş müddətlərdə müştərilərə təqdim olunması
- Müştəri müraciətlərinin, sual və iradlarının peşəkar şəkildə cavablandırılması, həllinin yekunlaşana qədər nəzarətdə saxlanılması
- Tender və sorğuların icra vəziyyətinin izlənilməsi, təqdimat müddətlərinə riayət olunmasına nəzarət edilməsi
- Sifarişlərin idarə edilməsi şöbəsi ilə birgə çatdırılma proseslərinin əlaqələndirilməsi, müştərilərin sifariş statusu barədə məlumatlandırılması
- Müştərilərlə keçirilən işgüzar görüşlərdə iştirak edilməsi
- Ofisin dəftərxana və təsərrüfat ləvazimatlarına olan ehtiyacının müəyyən edilməsi, onların sifarişi və qəbulunun təşkili
- Şirkətin maraqları çərçivəsində şəffaflıq, obyektivlik və məxfilik prinsiplərinə əməl edilməsi
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (iqtisadiyyat, biznesin idarə edilməsi, logistika və ya müvafiq ixtisas üzrə)
- Satışa dəstək, müştəri xidmətləri, satınalma və ya ofis koordinasiyası sahəsində ən azı 1 il iş təcrübəsi
- Azərbaycan və rus dillərində sərbəst şifahi və yazılı ünsiyyət bacarığı
- Yüksək ünsiyyət mədəniyyəti və işgüzar danışıqlar aparmaq bacarığı
- Detallara diqqət, yüksək məsuliyyət hissi və intizamlılıq
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi – Cümə, 10:00 – 18:00
- İş yeri: Bakı şəhəri, Xətai prospekti 34, Luxen Plaza
- Əmək haqqı: 700 AZN
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.