Haus Luxury Interiors – Avropa və Amerika istehsalı olan premium mebel, çilçıraq və ev aksesuarlarını Azərbaycana gətirən aparıcı şirkətdir. Komandamıza dinamik və təcrübəli Satış Meneceri axtarırıq.
Tələblər:
- Ali təhsil
- Satış sahəsində ən az 3 il iş təcrübəsi (lüks sektor, mebel və ya interyer sahəsi üstünlükdür).
- Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı.
- Rus dili (mütləq)
- Təqdimatlı görünüş, müştəriyönümlü yanaşma və nəticəyə fokuslanma.
- 25-35 yaş arası
Vəzifə öhdəlikləri:
- Lüks mebel, işıqlandırma və ev aksesuarlarının satışını təmin etmək və artırmaq.
- Müştərilər və dizaynerlər ilə güclü münasibətlər qurmaq və inkişaf etdirmək.
- Satış hədəflərinə çatmaq üçün strategiyalar tətbiq etmək.
- Şourumda müştərilərə peşəkar məsləhətlər vermək.
- Marketinq və logistika komandası ilə koordinasiyalı şəkildə işləyərək müştəri təcrübəsini təmin etmək.
Əmək haqqı - 800 AZN + bonus
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.