Head Start Career Development Head Start Career Development
  • 575

Beynəlxalq kommunikasiya üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Beynəlxalq kommunikasiya üzrə mütəxəssis

  • Deadline 23 October 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Qurumun beynəlxalq kommunikasiya fəaliyyətinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək;
  • Xarici tərəfdaşlar, beynəlxalq təşkilatlar, diplomatik nümayəndəliklər və digər qurumlarla kommunikasiya proseslərini koordinasiya etmək;
  • Beynəlxalq auditoriya üçün kommunikasiya materialları, press-relizlər, təqdimatlar, məlumat məktubları və digər sənədlər hazırlamaq;
  • Qurumun beynəlxalq platformalarda və tədbirlərdə kommunikasiya fəaliyyətinə dəstək göstərmək;
  • Xarici mediada və beynəlxalq informasiya resurslarında qurumla bağlı məlumatları monitorinq etmək;
  • Beynəlxalq gündəmi və kommunikasiya trendlərini izləmək və müvafiq məlumatları təhlil etmək;
  • Beynəlxalq tədbirlərin, görüşlərin, forumların və konfransların təşkilində iştirak etmək;
  • Xarici tərəfdaşlarla rəsmi yazışmaları və kommunikasiya proseslərini həyata keçirmək;
  • Qurumun beynəlxalq imicinin və institusional kommunikasiya strategiyasının inkişafına töhfə vermək;
  • Beynəlxalq əməkdaşlıq layihələri çərçivəsində kommunikasiya planlarının hazırlanmasında iştirak etmək;
  • Rəhbərlik üçün analitik və kommunikasiya xarakterli hesabatlar hazırlamaq.

Tələblər

  • Ali təhsil;
  • Beynəlxalq kommunikasiya, ictimai əlaqələr və ya əlaqəli sahədə iş təcrübəsi;
  • İngilis və rus dillərini yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Rəsmi və diplomatik yazışma qaydalarını bilmək;
  • Beynəlxalq gündəm və qlobal kommunikasiya prosesləri barədə məlumatlılıq;
  • Analitik düşüncə və güclü tədqiqat bacarıqları;
  • Peşəkar mətn və təqdimat hazırlamaq bacarığı;
  • Güclü kommunikasiya və təşkilatçılıq bacarıqları;
  • MS Office proqramlarında yaxşı işləmək bacarığı;
  • Detallara diqqətli, məsuliyyətli və nəticəyönümlü olmaq.

İş şəraiti:

  • İş yeri: Bakı
  • İş qrafiki: Tam iş günü
  • Əmək müqaviləsi: Rəsmi

Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq. 

Əmək haqqı: 2500-2800 AZN (Namizədə görə arta bilər.)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily117
  • Weekly503
  • Monthly2216