Vəzifə öhdəlikləri
- Qurumun beynəlxalq kommunikasiya fəaliyyətinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək;
- Xarici tərəfdaşlar, beynəlxalq təşkilatlar, diplomatik nümayəndəliklər və digər qurumlarla kommunikasiya proseslərini koordinasiya etmək;
- Beynəlxalq auditoriya üçün kommunikasiya materialları, press-relizlər, təqdimatlar, məlumat məktubları və digər sənədlər hazırlamaq;
- Qurumun beynəlxalq platformalarda və tədbirlərdə kommunikasiya fəaliyyətinə dəstək göstərmək;
- Xarici mediada və beynəlxalq informasiya resurslarında qurumla bağlı məlumatları monitorinq etmək;
- Beynəlxalq gündəmi və kommunikasiya trendlərini izləmək və müvafiq məlumatları təhlil etmək;
- Beynəlxalq tədbirlərin, görüşlərin, forumların və konfransların təşkilində iştirak etmək;
- Xarici tərəfdaşlarla rəsmi yazışmaları və kommunikasiya proseslərini həyata keçirmək;
- Qurumun beynəlxalq imicinin və institusional kommunikasiya strategiyasının inkişafına töhfə vermək;
- Beynəlxalq əməkdaşlıq layihələri çərçivəsində kommunikasiya planlarının hazırlanmasında iştirak etmək;
- Rəhbərlik üçün analitik və kommunikasiya xarakterli hesabatlar hazırlamaq.
Tələblər
- Ali təhsil;
- Beynəlxalq kommunikasiya, ictimai əlaqələr və ya əlaqəli sahədə iş təcrübəsi;
- İngilis və rus dillərini yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Rəsmi və diplomatik yazışma qaydalarını bilmək;
- Beynəlxalq gündəm və qlobal kommunikasiya prosesləri barədə məlumatlılıq;
- Analitik düşüncə və güclü tədqiqat bacarıqları;
- Peşəkar mətn və təqdimat hazırlamaq bacarığı;
- Güclü kommunikasiya və təşkilatçılıq bacarıqları;
- MS Office proqramlarında yaxşı işləmək bacarığı;
- Detallara diqqətli, məsuliyyətli və nəticəyönümlü olmaq.
İş şəraiti:
- İş yeri: Bakı
- İş qrafiki: Tam iş günü
- Əmək müqaviləsi: Rəsmi
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Əmək haqqı: 2500-2800 AZN (Namizədə görə arta bilər.)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.