Head Start Career Development Head Start Career Development
  • 266

Biznes Analitik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biznes Analitik

  • Deadline 24 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə haqqında

  • Biznes proseslərinin təhlili, əməliyyat fəaliyyətinin qiymətləndirilməsi və biznesin effektivliyinin artırılması istiqamətində çalışacaq analitik düşüncəyə malik Biznes Analitik axtarırıq.
  • Namizəd mövcud biznes proseslərini təhlil etməli, təkmilləşdirmə imkanlarını müəyyənləşdirməli, biznes tələblərini düzgün formalaşdırmalı və məlumatlara əsaslanan həllər təklif etməlidir.

Əsas vəzifə öhdəlikləri

  • Mövcud biznes proseslərinin, iş axınlarının və əməliyyat fəaliyyətinin təhlil edilməsi;
  • Biznes proseslərində mövcud problemlərin və təkmilləşdirmə imkanlarının müəyyənləşdirilməsi;
  • Müxtəlif struktur bölmələrindən biznes tələblərinin toplanması, təhlili və sənədləşdirilməsi;
  • Biznes qərarlarının dəstəklənməsi məqsədilə analitik araşdırmaların aparılması;
  • Bazar, sektor və rəqib təhlillərinin həyata keçirilməsi;
  • Analitik hesabatların, təqdimatların və idarəetmə üzrə təkliflərin hazırlanması;
  • Əsas fəaliyyət göstəricilərinin (KPI) müəyyən edilməsi və monitorinqinin aparılması;
  • Biznes proseslərinin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
  • Müxtəlif struktur bölmələri ilə əməkdaşlıq edərək biznes ehtiyaclarının müəyyənləşdirilməsi;
  • Həyata keçirilən dəyişikliklərin və təklif olunan həllərin effektivliyinin qiymətləndirilməsi.

 Tələblər

  • Ali təhsil;
  • Analitik və tənqidi düşünmə, problem həll etmə bacarığı;
  • MS Excel proqramı ilə yüksək səviyyədə işləmək bacarığı;
  • Power BI, Tableau və digər analitik alətlər üzrə biliklər üstünlükdür;
  • Məlumatların təhlili, nəticələrin şərhi və əsaslandırılmış təkliflərin hazırlanması bacarığı;
  • Hesabatların və təqdimatların hazırlanması üzrə təcrübə;
  • Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı;
  • Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilmək; ingilis dili biliyi minimum B2.

Təklif edirik

  • Bilik və təcrübəyə uyğun rəqabətqabiliyyətli əməkhaqqı;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Strateji biznes qərarlarının hazırlanmasında iştirak imkanı;
  • Peşəkar və əməkdaşlığa əsaslanan iş mühiti;
  • Maraqlı və inkişafyönümlü layihələrdə iştirak.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Əmək haqqı: 3000-3200 AZN

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily3
  • Weekly200
  • Monthly1676