Vəzifə haqqında
- Şirkətin dövlət qurumları, ictimai təşkilatlar, biznes assosiasiyaları və digər maraqlı tərəflərlə əlaqələrinin inkişaf etdirilməsi və idarə olunması istiqamətində çalışacaq təcrübəli və strateji düşüncəyə malik Public Affairs Manager axtarırıq.
- Namizəd dövlət siyasəti, qanunvericilik və tənzimləyici dəyişiklikləri izləməli, institusional əməkdaşlıq imkanlarını müəyyənləşdirməli və şirkətin maraqlarına uyğun kommunikasiya və əlaqələr strategiyalarının hazırlanmasında iştirak etməlidir.
Əsas vəzifə öhdəlikləri
- Dövlət qurumları, dövlət təşkilatları, ictimai birliklər və biznes assosiasiyaları ilə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi;
- Dövlət qurumları ilə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və əlaqələrin koordinasiyası;
- Qanunvericilik, dövlət siyasəti və tənzimləyici mühitdə baş verən dəyişikliklərin monitorinqinin aparılması;
- Dövlət proqramları, normativ-hüquqi aktlar və sektoral təşəbbüslərin təhlil edilməsi;
- Şirkətin maraqlarına təsir edə biləcək institusional və tənzimləyici dəyişikliklər barədə rəhbərliyə məlumatların təqdim edilməsi;
- Dövlət və özəl sektor arasında əməkdaşlıq imkanlarının araşdırılması;
- Rəsmi məktubların, analitik arayışların, təqdimatların və kommunikasiya materiallarının hazırlanması;
- İşgüzar görüşlərin, rəsmi tədbirlərin və institusional əməkdaşlıq təşəbbüslərinin təşkil edilməsi;
- Maraqlı tərəflərin xəritələndirilməsi və onlarla kommunikasiya strategiyasının hazırlanması;
- Şirkətin ictimai və institusional münasibətlərinin inkişaf etdirilməsi;
- Müvafiq istiqamətlər üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Namizədə tələblər:
- Beynəlxalq münasibətlər, Dövlət və ictimai münasibətlər, Hüquq, Siyasi elmlər, İqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
- Dövlət siyasəti və qanunvericilik prosesləri haqqında biliklər;
- Analitik araşdırma və məlumatların sistemləşdirilməsi bacarığı;
- Rəsmi yazışmaların, hesabatların və təqdimatların hazırlanması üzrə təcrübə;
- Güclü kommunikasiya, danışıqlar aparmaq və təqdimat bacarıqları;
- Strateji düşünmə və maraqlı tərəflərlə effektiv əməkdaşlıq qurmaq bacarığı;
- Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək; rus dili biliyi üstünlükdür;
- Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və məxfi məlumatlarla işləmək bacarığı.
Təklif edirik
- Bilik və təcrübəyə uyğun rəqabətqabiliyyətli əməkhaqqı;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Strateji əhəmiyyətli layihələrdə iştirak imkanı;
- Dövlət və özəl sektor arasında əməkdaşlıq təşəbbüslərində iştirak;
- Peşəkar və dinamik iş mühiti;
- Beynəlxalq və institusional əməkdaşlıq imkanlarının genişləndirilməsi.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Əmək haqqı: 2600-2900 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.