Vəzifə haqqında
- Biznes proseslərinin təhlili, əməliyyat fəaliyyətinin qiymətləndirilməsi və biznesin effektivliyinin artırılması istiqamətində çalışacaq analitik düşüncəyə malik Biznes Analitik axtarırıq.
- Namizəd mövcud biznes proseslərini təhlil etməli, təkmilləşdirmə imkanlarını müəyyənləşdirməli, biznes tələblərini düzgün formalaşdırmalı və məlumatlara əsaslanan həllər təklif etməlidir.
Əsas vəzifə öhdəlikləri
- Mövcud biznes proseslərinin, iş axınlarının və əməliyyat fəaliyyətinin təhlil edilməsi;
- Biznes proseslərində mövcud problemlərin və təkmilləşdirmə imkanlarının müəyyənləşdirilməsi;
- Müxtəlif struktur bölmələrindən biznes tələblərinin toplanması, təhlili və sənədləşdirilməsi;
- Biznes qərarlarının dəstəklənməsi məqsədilə analitik araşdırmaların aparılması;
- Bazar, sektor və rəqib təhlillərinin həyata keçirilməsi;
- Analitik hesabatların, təqdimatların və idarəetmə üzrə təkliflərin hazırlanması;
- Əsas fəaliyyət göstəricilərinin (KPI) müəyyən edilməsi və monitorinqinin aparılması;
- Biznes proseslərinin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
- Müxtəlif struktur bölmələri ilə əməkdaşlıq edərək biznes ehtiyaclarının müəyyənləşdirilməsi;
- Həyata keçirilən dəyişikliklərin və təklif olunan həllərin effektivliyinin qiymətləndirilməsi.
Tələblər
- Ali təhsil;
- Analitik və tənqidi düşünmə, problem həll etmə bacarığı;
- MS Excel proqramı ilə yüksək səviyyədə işləmək bacarığı;
- Power BI, Tableau və digər analitik alətlər üzrə biliklər üstünlükdür;
- Məlumatların təhlili, nəticələrin şərhi və əsaslandırılmış təkliflərin hazırlanması bacarığı;
- Hesabatların və təqdimatların hazırlanması üzrə təcrübə;
- Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı;
- Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilmək; ingilis dili biliyi minimum B2.
Təklif edirik
- Bilik və təcrübəyə uyğun rəqabətqabiliyyətli əməkhaqqı;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Strateji biznes qərarlarının hazırlanmasında iştirak imkanı;
- Peşəkar və əməkdaşlığa əsaslanan iş mühiti;
- Maraqlı və inkişafyönümlü layihələrdə iştirak.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Əmək haqqı: 3000-3200 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.