İqtisadiyyat və Biznes fənləri üzrə müəllim (IGCSE)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İqtisadiyyat və Biznes fənləri üzrə müəllim (IGCSE)

  • Истекает 27 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“Hədəf International Cambridge School”un Badamdar kampusuna Cambridge IGCSE proqramı üzrə İqtisadiyyat və Biznes fənlərini tədris etmək üçün müəllim axtarılır.

Əsas vəzifə öhdəlikləri:

  • Cambridge IGCSE Economics (0455) və Business Studies (0450) proqramlarının tədrisi və şagirdlərin imtahanlara hazırlanması;
  • Bazar, tələb və təklif, inflyasiya, valyuta məzənnələri və beynəlxalq ticarət kimi iqtisadi mövzuların qrafiklər, məlumatlar və real nümunələrlə izah edilməsi;
  • Biznesin idarə edilməsi, insan resursları, marketinq, əməliyyatlar və maliyyə mövzularının tədrisi;
  • Yerli və beynəlxalq şirkət nümunələri, situasiya təhlilləri, müzakirələr və praktiki tapşırıqlardan istifadə;
  • Şagirdlərə maliyyə sənədlərini, o cümlədən mənfəət-zərər hesabatlarını, balansı və pul vəsaitlərinin hərəkəti proqnozlarını təhlil etməyi öyrətmək;
  • İqtisadi və biznes məlumatlarını təhlil etmək, arqumentləri qiymətləndirmək və imtahan suallarına əsaslandırılmış cavab yazmaq bacarıqlarını inkişaf etdirmək;
  • Dərsləri planlaşdırmaq, tədris materialları və qiymətləndirmə tapşırıqları hazırlamaq, şagirdlərin irəliləyişini izləmək və müntəzəm geribildirim vermək.

Tələblər:

  • İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, menecment və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi;
  • Cambridge IGCSE Economics və Business Studies proqramları və qiymətləndirmə meyarları üzrə bilik;
  • IGCSE imtahanlarına hazırlıq təcrübəsi və müvafiq pedaqoji kvalifikasiya;
  • İngilis dilində sərbəst tədris bacarığı; minimum IELTS 7.0 və ya ekvivalent səviyyə.

Bacarıqlar və səriştələr:

  • İqtisadiyyat və biznes fənləri üzrə güclü bilik və analitik düşünmə bacarığı;
  • Mürəkkəb anlayışları ingilis dilini əlavə dil kimi öyrənən şagirdlərə aydın izah etmək bacarığı;
  • Məlumatların və maliyyə göstəricilərinin təhlili, həmçinin İKT alətlərindən istifadə bacarığı;
  • Şagirdlərdə təhlil və qiymətləndirmə bacarıqlarını inkişaf etdirən interaktiv tədris metodlarından istifadə;
  • Güclü ünsiyyət, təqdimetmə, sinif və vaxtı idarəetmə bacarıqları;
  • Məsuliyyətli yanaşma və komanda ilə işləmək bacarığı.

Biz nə təklif edirik:

  • AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
  • İş saatları: 08:00–17:00 (həftədə 5 gün);
  • İş yeri: Badamdar kampusu - https://maps.app.goo.gl/Rfwr3JDgwEpBK1oH9
  • 56 gün ödənişli məzuniyyət və şirkət tərəfindən gündəlik nahar;
  • Əməkdaşların övladları üçün məktəb ödənişlərində endirim;
  • Müntəzəm təlim, peşəkar inkişaf və karyera yüksəlişi imkanları.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily6
  • Weekly483
  • Monthly1947