“Hədəf International Cambridge School”un Badamdar kampusuna Cambridge IGCSE proqramı üzrə İqtisadiyyat və Biznes fənlərini tədris etmək üçün müəllim axtarılır.
Əsas vəzifə öhdəlikləri:
- Cambridge IGCSE Economics (0455) və Business Studies (0450) proqramlarının tədrisi və şagirdlərin imtahanlara hazırlanması;
- Bazar, tələb və təklif, inflyasiya, valyuta məzənnələri və beynəlxalq ticarət kimi iqtisadi mövzuların qrafiklər, məlumatlar və real nümunələrlə izah edilməsi;
- Biznesin idarə edilməsi, insan resursları, marketinq, əməliyyatlar və maliyyə mövzularının tədrisi;
- Yerli və beynəlxalq şirkət nümunələri, situasiya təhlilləri, müzakirələr və praktiki tapşırıqlardan istifadə;
- Şagirdlərə maliyyə sənədlərini, o cümlədən mənfəət-zərər hesabatlarını, balansı və pul vəsaitlərinin hərəkəti proqnozlarını təhlil etməyi öyrətmək;
- İqtisadi və biznes məlumatlarını təhlil etmək, arqumentləri qiymətləndirmək və imtahan suallarına əsaslandırılmış cavab yazmaq bacarıqlarını inkişaf etdirmək;
- Dərsləri planlaşdırmaq, tədris materialları və qiymətləndirmə tapşırıqları hazırlamaq, şagirdlərin irəliləyişini izləmək və müntəzəm geribildirim vermək.
Tələblər:
- İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, menecment və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi;
- Cambridge IGCSE Economics və Business Studies proqramları və qiymətləndirmə meyarları üzrə bilik;
- IGCSE imtahanlarına hazırlıq təcrübəsi və müvafiq pedaqoji kvalifikasiya;
- İngilis dilində sərbəst tədris bacarığı; minimum IELTS 7.0 və ya ekvivalent səviyyə.
Bacarıqlar və səriştələr:
- İqtisadiyyat və biznes fənləri üzrə güclü bilik və analitik düşünmə bacarığı;
- Mürəkkəb anlayışları ingilis dilini əlavə dil kimi öyrənən şagirdlərə aydın izah etmək bacarığı;
- Məlumatların və maliyyə göstəricilərinin təhlili, həmçinin İKT alətlərindən istifadə bacarığı;
- Şagirdlərdə təhlil və qiymətləndirmə bacarıqlarını inkişaf etdirən interaktiv tədris metodlarından istifadə;
- Güclü ünsiyyət, təqdimetmə, sinif və vaxtı idarəetmə bacarıqları;
- Məsuliyyətli yanaşma və komanda ilə işləmək bacarığı.
Biz nə təklif edirik:
- AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- İş saatları: 08:00–17:00 (həftədə 5 gün);
- İş yeri: Badamdar kampusu - https://maps.app.goo.gl/Rfwr3JDgwEpBK1oH9
- 56 gün ödənişli məzuniyyət və şirkət tərəfindən gündəlik nahar;
- Əməkdaşların övladları üçün məktəb ödənişlərində endirim;
- Müntəzəm təlim, peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.