Hədəf International-ın Badamdar kampusuna ingilis bölməsində dərs demək üçün təcrübəli Kimya müəllimi axtarılır.
Əsas vəzifə öhdəlikləri:
- Kimya fənnini ingilis dilində effektiv və anlaşıqlı şəkildə tədris etmək;
- Şagirdlərin fərdi ehtiyaclarını nəzərə alaraq dərsləri planlaşdırmaq və keçirmək;
- Müasir tədris metodlarından və texnologiyalardan istifadə etmək;
- Şagirdlərin bilik səviyyəsini mütəmadi qiymətləndirmək və inkişafını izləmək;
- Testlər, iş vərəqləri və dərs təqdimatları hazırlamaq;
- Şagirdlərin marağını və fənnə olan həvəsini artıran öyrənmə mühiti yaratmaq;
- Şagirdlərə və valideynlərə müntəzəm, konstruktiv geribildirim vermək;
- Sinifdə nizam-intizamı və müsbət tədris mühitini təmin etmək;
- Liseyin daxili qayda və prosedurlarına riayət etmək.
Tələblər:
- Kimya və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
- Kimya müəllimi kimi minimum 1 il iş təcrübəsi;
- Dərsləri ingilis dilində sərbəst tədris etmək bacarığı.
Bacarıqlar və səriştələr:
- Kimya fənni üzrə yüksək bilik səviyyəsi;
- Vaxtı idarə etmək və komanda ilə işləmək bacarığı;
- Dəqiq, məsuliyyətli və cavabdeh yanaşma;
- Güclü ünsiyyət və təqdimetmə bacarıqları;
- Müsbət və peşəkar münasibət;
- Sinif və dərs vaxtını effektiv idarə etmək bacarığı.
Biz nə təklif edirik:
- AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- İş saatları: 08:00–17:00 (həftədə 5 gün);
- İş yeri: Badamdar kampusu - https://maps.app.goo.gl/Rfwr3JDgwEpBK1oH9
- 56 gün ödənişli məzuniyyət;
- Şirkət tərəfindən gündəlik nahar;
- Əməkdaşların övladları üçün məktəb ödənişlərində endirim;
- Müntəzəm təlim, peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.