Heritus Group MMC Heritus Group MMC
  • 667

Heritus Group MMC

Air Freight & Logistics

Tur operator

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tur operator

  • Истекает 8 июнь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Heritus Travel olaraq turizm sahəsində yüksək keyfiyyətli xidmət təqdim etməyi qarşıya məqsəd qoymuşuq. Komandamıza təcrübəli, məsuliyyətli və operativ xanım Travel Consultant axtarırıq.

Tələblər:

  • Yaş həddi: 25–35
  • Cins: Xanım
  • Turizm sahəsində ən azı 1 il iş təcrübəsi
  • Amadeus rezervasiya sistemləri üzrə sertifikat və praktiki təcrübə
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı
  • İngilis və rus dili biliyi — üstünlük təşkil edir
  • MS Office proqramlarında işləmək bacarığı
  • Yüksək ünsiyyət və müştəri ilə işləmə bacarığı
  • Problem həll etmə və qərarvermə bacarığı
  • Komanda ilə işləməyə hazırlıq
  • Səliqəli və məsuliyyətli olmaq
  • Öz müştəri bazasına malik olanlara üstünlük veriləcək

Diqqət: Zəhmət olmasa yalnız qeyd edilən tələblərə uyğun namizədlər müraciət etsin. Uyğun olmayan müraciətlərə baxılmayacaq.

Vəzifə öhdəlikləri:

  • Müştərilərə səyahət planlaşdırılması və rezervasiyası sahəsində yüksək səviyyədə dəstək vermək
  • Aviabiletlərin, otellərin, turların və digər xidmətlərin rezervasiyasını həyata keçirmək
  • Müştəri sorğularına operativ cavab vermək, problemlərin həllini təmin etmək
  • Səyahət sənədlərinin hazırlanması və təqdimatı
  • Turizm bazarındakı yenilikləri izləmək
  • Şirkətin daxili prosedurlarına əməl etmək

Biz təklif edirik:

  • İş qrafiki: 09:00–18:00
  • 5 günlük iş həftəsi
  • Korporativ nömrə
  • Karyera inkişafı imkanları
  • Gənc, dəstəkləyici və dostluq dolu komanda
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq

Necə müraciət etməli?

  • Əgər özünüzü bu vəzifədə görürsünüzsə, CV-nizi və əlaqə məlumatlarınızı aşağıdakı ünvana göndərin:
  • Əgər özünüzü təsvir olunan tələblərə uyğun görürsünüzsə, CV-nizi və əlaqə məlumatlarınızı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
  • Daily120
  • Weekly462
  • Monthly466