Heritus Travel olaraq turizm sahəsində yüksək keyfiyyətli xidmət təqdim etməyi qarşıya məqsəd qoymuşuq. Komandamıza təcrübəli, məsuliyyətli və operativ xanım Travel Consultant axtarırıq.
Tələblər:
- Yaş həddi: 25–35
- Cins: Xanım
- Turizm sahəsində ən azı 1 il iş təcrübəsi
- Amadeus rezervasiya sistemləri üzrə sertifikat və praktiki təcrübə
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı
- İngilis və rus dili biliyi — üstünlük təşkil edir
- MS Office proqramlarında işləmək bacarığı
- Yüksək ünsiyyət və müştəri ilə işləmə bacarığı
- Problem həll etmə və qərarvermə bacarığı
- Komanda ilə işləməyə hazırlıq
- Səliqəli və məsuliyyətli olmaq
- Öz müştəri bazasına malik olanlara üstünlük veriləcək
Diqqət: Zəhmət olmasa yalnız qeyd edilən tələblərə uyğun namizədlər müraciət etsin. Uyğun olmayan müraciətlərə baxılmayacaq.
Vəzifə öhdəlikləri:
- Müştərilərə səyahət planlaşdırılması və rezervasiyası sahəsində yüksək səviyyədə dəstək vermək
- Aviabiletlərin, otellərin, turların və digər xidmətlərin rezervasiyasını həyata keçirmək
- Müştəri sorğularına operativ cavab vermək, problemlərin həllini təmin etmək
- Səyahət sənədlərinin hazırlanması və təqdimatı
- Turizm bazarındakı yenilikləri izləmək
- Şirkətin daxili prosedurlarına əməl etmək
Biz təklif edirik:
- İş qrafiki: 09:00–18:00
- 5 günlük iş həftəsi
- Korporativ nömrə
- Karyera inkişafı imkanları
- Gənc, dəstəkləyici və dostluq dolu komanda
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
Necə müraciət etməli?
- Əgər özünüzü bu vəzifədə görürsünüzsə, CV-nizi və əlaqə məlumatlarınızı aşağıdakı ünvana göndərin:
- Əgər özünüzü təsvir olunan tələblərə uyğun görürsünüzsə, CV-nizi və əlaqə məlumatlarınızı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.