H Hermes-S MMC
  • 426

Hermes-S MMC

Tikinti

Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis

  • Deadline 14 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəliyi:

  • Layihələrdə bütün materialların keyfiyyətini nəzərdən keçirmək, bütün layihə xüsusiyyətlərinə və keyfiyyətinə uyğunluğunu təmin etmək; 
  • Tikinti sahələrində yerinə yetirilən işlərinin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə qüvvədə olan standartlar, layihə sənədləri və müştərilərin tələblərinə uyğunluğa gətirilməsi işinin təşkilində və həyata keçirilməsində iştirak etmək; 
  • Tikintidə istifadə olunan materialların və texnologiyaların layihə sənədləri və təhlükəsizlik tələblərinə uyğunluğunun qiymətləndirilməsini aparmaq;
  • Öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, Cəmiyyətin daxili normativ aktlarını, SNİP, GOST, ISO standartlarını, eləcə də rəhbərliyin göstəriş və sərəncamlarını rəhbər tutmaq;
  • Keyfiyyətə dair müvafiq sənədləri podratçı, təchizatçı və digər aidiyyəti şəxslərə təqdim etmək və keyfiyyətə riayət olunmasına nəzarət etmək;
  • İstehsalat nəzarəti fəaliyyətinin Keyfiyyət tərəfdən yoxlamalarını aparmaq; 
  • Tikinti sahələrində işlərinin (xidmətlərin) keyfiyyətinin idarə edilməsi üzrə qeydlər aparmaq və hesabatlar tərtib etmək; 
  • İstehsal nəzarəti zamanı yaranan qüsurları aşkarlamaq və uyğunsuzluq hesabatları açmaq; 
  • 3-cü tərəfin apardığı yoxlama və sınaqlarda iştirak etmək;
  • Layihə üzrə Keyfiyyət planı və işin icra üsulu haqqında rəy bildirmək və tətbiqini təşkil etmək;
  • Uyğunsuzluq hesabatlarının statusu haqqında məsul şəxsi məlumatlandırmaq; 
  • Sahəyə daxil olan materialın təsdiqlənmiş material ilə eyniliyini izləmək Keyfiyyətlə bağlı iclasları təşkil etmək və aparmaq; 
  • Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi.

Tələblər:

  • Mühəndislik və ya əlaqəli texniki sahə üzrə təhsil
  • Tikinti sahəsində müvafiq vəzifə üzrə ən azı 1 il iş təcrübəsi 
  • Tikinti qaydaları və texniki normaları üzrə biliklər
  • MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmək bacarığı
  • Məsuliyyət və diqqətlilik
  • Analitik düşüncə, məsuliyyətlilik, dəqiqlik;
  • Komandada işləmə bacarığı.

İş şəraiti:

  • Ünvan: Bakı şəh, Səbail rayonu
  • İş qrafiki: 5 günlük
  • Vakansiya növü - Tam ştat
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly615
  • Monthly1708