Tələblər:
- 405 və 403 markalı kranlarla işləmə bacarığı;
- Yükaşırmada təyin edilmiş hədəflərə çatmaq üçün rəhbəri tərəfindən təyin edilmiş normalara çatmaq üçün səy göstərmək;
- Yazılı, şifahi və ya siqnal işarələri əsasında qaldırılacaq yükün və həmin yükün yerinə uyğun manevrlərə əməl etmək;
- Kranın istifadəsi zamanı nasazlıqları aşkar etmək və sahə rəisinə məlumat vermək;
- Əl rıçaqları və pedallar vasitəsilə kranı şassi üzərində döndərmək və qaldırılacaq yükə görə oxun çıxışını nizamlamaq və qarmağı lazımi məsafədə endirib qaldırmaq;
- Kranla əməliyyatlar edərkən dəqiq hesabat aparmaq və qəbul edilmiş standartlar əsasında işi yerinə yetirmək;
- Verilən təlimatlara və işarələrə dəqiq əməl etmə;
- Müvafiq sahədə iş təcrübəsi;
- Məsuliyyətli və intizamlı olmaq;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın mühafizə qaydalarına riayət etmək.
İş şəraiti:
- Ünvan: Qarabağ rayonu üzrə
- Vakansiya növü - Tam ştat
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
İmtiyazlar:
- İşçilər qidalanma ilə təmin olunur
- İşçilər qalmağa yer ilə təmin olunur
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.