H Hermes-S MMC
  • 104

Hermes-S MMC

Tikinti , Bina tikintisi

Sahə Memarı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sahə Memarı

  • Deadline 30 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hermes-S MMC Sahə Memarı vakansiyası elan edir!

Tikinti sahəsində peşəkar və məsuliyyətli Sahə Memarı axtarırıq.

İş qrafiki

  • Həftənin 6 günü
  • 09:00 – 18:00

Vəzifə öhdəlikləri

  • Tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin hazırlanmasında iştirak etmək;
  • Memarlıq və dizayn layihələrini oxumaq, iş paketlərinin hazırlanmasına dəstək göstərmək;
  • Layihənin memarlıq hissəsinin digər bölmələrlə koordinasiyasını və texniki sənədlərin tamlığını təmin etmək;
  • Layihə işlərinin müəyyən olunmuş müddətdə, keyfiyyət və qüvvədə olan tikinti norma və qaydalarına uyğun icrasına nəzarət etmək;
  • Layihələndirilən obyektlərdə müəllif nəzarətini həyata keçirmək, istifadə olunan tikinti materialları və konstruksiyaların layihəyə uyğunluğunu yoxlamaq;
  • Obyektlərdə ölçmə işlərini aparmaq və nəticələri elektron formata işləmək;
  • Eskiz və işçi layihələri hazırlamaq;
  • Memarlıq layihələrinin tikinti sahəsində düzgün tətbiqinə və icrasına nəzarət etmək;
  • Dizaynerlər və digər aidiyyəti şəxslərlə səmərəli əməkdaşlıq etmək;
  • Yerinə yetirilmiş işlər üzrə texniki hesabatların hazırlanmasında iştirak etmək.

Namizədə tələblər

  • Cinsi: Kişi;
  • Təhsil: Memarlıq ixtisası üzrə ali təhsil;
  • İş təcrübəsi: Mülki tikinti sahəsində sahə memarı vəzifəsində minimum 3 il iş təcrübəsi;
  • Kompüter bilikləri: ArchiCAD, AutoCAD və Microsoft Excel proqramlarında işləmək bacarığı;
  • Tikinti materialları və texnologiyaları üzrə bilik;
  • Tikinti sahəsində operativ qərarvermə və problemlərin yerində həlli bacarığı;
  • İş həcmlərinin hesablanmasını bilmək;
  • Məsuliyyətli, dəqiq və komandada işləmək bacarığı.

Əməkhaqqı və üstünlüklər

  • Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında razılaşdırılır.
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
  • Stabil və dinamik iş mühiti.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini "Sahə Memarı" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

  • Daily3
  • Weekly434
  • Monthly2701