H Hermes-S MMC

Hermes-S MMC

Tikinti , Bina tikintisi

Santexnik üzrə mühəndis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Santexnik üzrə mühəndis

  • Deadline 20 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Hermes-S” MMC “Santexnik üzrə mühəndis” vakansiyası elan edir

Hermes-S” MMC tikinti layihələrində su təchizatı, kanalizasiya, istilik və digər santexniki sistemlərin layihə və texniki tələblərə uyğun quraşdırılmasının təmin edilməsi məqsədilə Santexnik üzrə Mühəndis vəzifəsinə peşəkar və məsuliyyətli namizədləri dəvət edir.

Vəzifə haqqında

  • Santexnik üzrə Mühəndis tikinti layihələrində santexniki sistemlərin texniki təşkilinə, quraşdırılması və istismarının layihə, texniki və normativ tələblərə uyğun həyata keçirilməsinə, işlərin keyfiyyətinə və müəyyən edilmiş müddətlərdə icrasına nəzarət edəcək.

Əsas vəzifə və öhdəliklər

  • Su təchizatı, kanalizasiya, istilik və digər santexniki sistemlər üzrə tikinti-quraşdırma işlərinin təşkilini və texniki nəzarətini həyata keçirmək;
  • Santexniki sistemlərin təsdiq edilmiş layihə, işçi çertyojlar, texniki şərtlər və normativ sənədlərə uyğun quraşdırılmasına nəzarət etmək;
  • Layihə və texniki sənədləri təhlil etmək və onların sahədə düzgün tətbiqini təmin etmək;
  • Santexniki sistemlərin və avadanlıqların texniki xüsusiyyətlərini yoxlamaq;
  • Boru xətlərinin, fitinqlərin, nasosların, armatur və digər santexniki avadanlıqların düzgün quraşdırılmasına nəzarət etmək;
  • Quraşdırma işlərinin texnoloji ardıcıllığının düzgün həyata keçirilməsini təmin etmək;
  • Görülən işlərin keyfiyyətinə və texniki tələblərə uyğunluğuna nəzarət etmək;
  • Santexniki material və avadanlıqların layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq;
  • Hidravlik, təzyiq və digər zəruri sınaqların təşkilində iştirak etmək və nəticələrə nəzarət etmək;
  • Santexniki sistemlər üzrə aşkar edilmiş texniki uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
  • İşlərin müəyyən edilmiş qrafikə uyğun və vaxtında icrasını təmin etmək;
  • Santexnik briqadalarının və subpodratçı təşkilatların fəaliyyətinin texniki koordinasiyasında iştirak etmək;
  • Görülmüş işlərin ölçülməsi, aktlaşdırılması və təhvil-təslim proseslərində iştirak etmək;
  • Santexniki sistemlərin icra sənədlərinin və texniki hesabatların hazırlanmasını təmin etmək;
  • Layihə üzrə dəyişikliklərin və əlavə işlərin texniki qiymətləndirilməsində iştirak etmək;
  • Tikinti sahəsində əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Rəhbərliyin santexniki sistemlərlə bağlı verdiyi texniki tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.

Namizədə qarşı tələblər

  • Santexnika, su təchizatı, kanalizasiya, istilik və ya müvafiq mühəndislik ixtisası üzrə ali təhsil;
  • Tikinti sahəsində Santexnik Mühəndisi kimi 15 ildən artıq iş təcrübəsi;
  • Yaş həddi: 50 yaşadək;
  • Tikinti obyektlərində su təchizatı, kanalizasiya, istilik və digər santexniki sistemlərin quraşdırılması və istismara verilməsi üzrə praktiki biliklər;
  • Santexniki sistemlərin layihələndirilməsi, quraşdırılması və texniki nəzarəti üzrə geniş təcrübə;
  • Boru xətləri, nasoslar, armatur, kollektorlar, su çənləri və digər santexniki avadanlıqlar barədə praktiki biliklər;
  • Layihə, işçi çertyojlar, santexniki sxemlər və texniki sənədlərlə işləmək bacarığı;
  • Tikinti və santexnika üzrə norma, qayda və standartlar barədə biliklər;
  • Santexniki material və avadanlıqların texniki xüsusiyyətləri üzrə biliklər;
  • Santexniki-quraşdırma işlərinin keyfiyyətinə və texniki tələblərə uyğunluğuna nəzarət etmək bacarığı;
  • Hidravlik, təzyiq və digər sınaqların təşkili və nəticələrinin qiymətləndirilməsi üzrə praktiki biliklər;
  • AutoCADMS Office proqramlarında işləmək bacarığı;
  • Texniki sənədləşmə, icra sənədləri və hesabatların hazırlanması üzrə bacarıq;
  • Subpodratçı təşkilatların və santexnik briqadalarının fəaliyyətinin koordinasiyası üzrə təcrübə;
  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
  • Yüksək məsuliyyət, intizam və təşkilatçılıq bacarığı;
  • Komandada işləmək, briqadaları koordinasiya etmək və effektiv kommunikasiya qurmaq bacarığı.

Üstünlük hesab olunur

  • Böyükhəcmli və mürəkkəb tikinti layihələrində santexniki sistemlər üzrə iş təcrübəsi;
  • Yaşayış, kommersiya və sənaye obyektlərində iş təcrübəsi;
  • Santexniki sistemlərin layihələndirilməsi və texniki nəzarəti üzrə təcrübə;
  • Podratçı və subpodratçı təşkilatlarla iş təcrübəsi;
  • MEP layihələri üzrə iş təcrübəsi;
  • Müvafiq peşəkar sertifikatların olması;
  • BIM və digər mühəndislik proqramları ilə işləmək bacarığı.

Portfolio tələbi

Vakansiyaya müraciət edən namizədlərdən portfolio təqdim etmələri tələb olunur. Portfolio-da namizədin əvvəlki iş fəaliyyəti dövründə iştirak etdiyi tikinti layihələri, santexniki sistemlər üzrə həyata keçirdiyi işlər, layihələrdəki rolu, məsuliyyət sahələri və mümkün olduğu halda layihələrə dair foto və digər vizual materiallar əks olunmalıdır. Portfolio PDF formatında və ya digər elektron formada təqdim edilə bilər.Qeyd: Portfolio təqdim etməyən namizədlərin müraciətləri nəzərdən keçirilməyə bilər.

İş şəraiti

  • İş günləri: Həftənin 6 günü;
  • İş saatları: 09:00–18:00;
  • Əmək haqqı: Namizədin peşəkar təcrübəsi, ixtisası, bilik və bacarıqları nəzərə alınmaqla müsahibə əsasında müəyyən ediləcək;
  • Rəsmi əmək müqaviləsi;
  • Peşəkar və işgüzar əmək mühiti;
  • Uzunmüddətli əməkdaşlıq imkanları.

Vakansiyaya müraciət etmək istəyən namizədlər CV və portfoliolarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanı vasitəsilə təqdim edə bilərlər.

CV-də namizədin təhsil məlumatları, əvvəlki iş təcrübəsi, iştirak etdiyi tikinti layihələri və santexniki sistemlər üzrə peşəkar bacarıqları ətraflı şəkildə qeyd edilməlidir.

“Hermes-S” MMC tikinti sahəsində elektrik sistemləri üzrə peşəkar bilik, praktiki təcrübə və texniki bacarıqlara malik Elektrik Mühəndisini öz komandasına dəvət edir.

  • Daily1
  • Weekly467
  • Monthly1645