Vəzifə öhdəliyi:
- Tikinti işlərinin həcmlərini hesablamaq (divar, beton, dam, suvaq və s.);
- Resurs üsulu ilə smeta hazırlamaq (material + əmək + texnika);
- Qüsur aktı əsasında smeta tərtib etmək;
- Köhnə tikililərdə tipik problemləri tanımaq (çat, nəm, oturma və s.);
- Layihə çertyojlarını oxuma və analiz etmək;
- Dövlət və ya sahə üzrə tətbiq olunan smeta normativləri ilə işləmək;
- Layihə sənədləri, həmçinin bina və tikililərin mövcud vəziyyəti əsasında iş həcmlərinin hesablanması, resurs üsulu ilə smeta tərtibi;
- Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
- Dəyişikliklər baş verdikdə smeta sənədlərinə düzəlişlər aparmaq;
- Smeta sənədlərinin uçotunu aparmaq;
- Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, xərc analizi).
Tələblər:
- Ali təhsil (tikinti mühəndisliyi, memarlıq, sənaye və mülki tikinti və ya digər müvafiq ixtisaslar üzrə)
- Yalnız bəy namizədlər
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
- Təmir və tikinti işlərinin texnologiyasını başa düşmək
- Tikinti norma və qaydaları üzrə biliklər
- Smeta ilə bağlı məsuliyyət və riskləri dərk etmək
- Məsuliyyətlilik və diqqətlilik
İş şəraiti:
- Ünvan: Bakı, Səbail rayonu
- İş qrafiki: 5 günlük
- Vakansiya növü - Tam ştat
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.