H Hermes - S
  • 1.1K

Hermes - S

Mühasib

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Mühasib

  • Истекает 13 октябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tələblər

  • Ali maliyyə bakalavr təhsili (magistr təhsili arzu olunandır);
  • Mühasibat və maliyyə sahəsində iş təcrübəsi 1-3 il (tikinti sahəsində);
  • Azərbaycan Respublikası mülki, əmək üzrə biliklər;
  • MS Office (Word, Excel) proqramında sərbəst işləmək bacarığı;
  • Analitik təhlil etmə qabiliyyəti;
  • İşə yaradıcı və təşəbbüskar yanaşma.
  • Yaş həddi 20-40
  • Xanım namizədlərə üstünlük veriləcəkdir
  • Əmək haqqı razılaşma ilə

Vəzifə öhdəlikləri

  • Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi;
  • Mühasibatlıq proqramında (1C) sənədlərin formalaşdırılması, malların və materialların hərəkəti;
  • Mal-materialların qəbulu, silinməsinin tam uçotu;
  • Gömrük bəyannaməsi və elektron qaimə-fakturalarının yoxlanılması;
  • Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
  • Debitor və kreditorlarla üzləşmə aktlarının hazırlanması
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirilməsi.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına subject/mövzu hissəsində “Mühasib” qeyd etməklə göndərmələri xahiş olunur.

  • Daily128
  • Weekly128
  • Monthly1462