Tələblər
- Ali maliyyə bakalavr təhsili (magistr təhsili arzu olunandır);
- Mühasibat və maliyyə sahəsində iş təcrübəsi 1-3 il (tikinti sahəsində);
- Azərbaycan Respublikası mülki, əmək üzrə biliklər;
- MS Office (Word, Excel) proqramında sərbəst işləmək bacarığı;
- Analitik təhlil etmə qabiliyyəti;
- İşə yaradıcı və təşəbbüskar yanaşma.
- Yaş həddi 20-40
- Xanım namizədlərə üstünlük veriləcəkdir
- Əmək haqqı razılaşma ilə
Vəzifə öhdəlikləri
- Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi;
- Mühasibatlıq proqramında (1C) sənədlərin formalaşdırılması, malların və materialların hərəkəti;
- Mal-materialların qəbulu, silinməsinin tam uçotu;
- Gömrük bəyannaməsi və elektron qaimə-fakturalarının yoxlanılması;
- Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
- Debitor və kreditorlarla üzləşmə aktlarının hazırlanması
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirilməsi.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına subject/mövzu hissəsində “Mühasib” qeyd etməklə göndərmələri xahiş olunur.