“HERO Projects & Design” MMC İsitmə Ventilyasiya və Kondisionerləşdirmə (İVK) (HVAC) sistemləri üzrə Layihəçi Mühəndis vakansiyasını elan edir.
Namizədə tələblər:
- Ali təhsil (müvafiq sahədə);
- Mühəndis vəzifəsində iş təcrübəsi minimum 2 il;
- Kompüter bilikləri - AutoCAD, (Revit müəyyən qədər), Exell ,Word
- Dil bilikləri - Azərbaycan, Rus; ingilis, (Rus dili Mütləqdir).
- Komandada işləmək bacarığı.
- Koordinasiya bacarigi
- Ən azı 3 dəfə ekspertizada öz layihəsini müdafiə etmiş.
İş şəraiti
- İş yeri: Bakı şəhəri. Xetai m / Demirchi Tower/
- İş vaxtı: I-V günlər, 9:00 - 18:00
Əsas vəzifə və öhdəliklər:
- Müxtəlif təyinatlı bina və qurğuların tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun İsitmə Ventilyasiya və Kondisionerləşdirmə sistemlərini işlərini layihələndirmək;
- Layihələndirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə etmək;
- Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
- Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
- Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək;
- Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırlmasında iştirak etmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.