Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Təhsil , Çoxsahəli istehlak xidmətləri , Education Services

Bağban

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Bağban

  • Deadline 3 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yeni “Xankəndi Kampusunun” açılışını elan edir və Bağban vakansiyasını paylaşır.

İş şəraiti: 

  • Məkan: Xankəndi şəhəri
  • İş qrafiki: 08:00 – 17:00, (Bazar ertəsi – Cümə)

Tələblər:

  • Ali və ya orta təhsil
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Bitkilərə qulluq və bağçılıq üzrə əsas biliklər
  • Məktəb mühitində işləməyə uyğun məsuliyyət və intizam
  • Fiziki işə uyğun açıq havada işləmək bacarığı
  • Məsuliyyətli və diqqətli olmaq

Öhdəliklər:

  • Məktəbin həyət və yaşıllıq sahələrinə gündəlik qulluq etmək
  • Çəmənlərin biçilməsi, səliqəli saxlanılması və təmizliyini təmin etmək
  • Ağac və dekorativ kolların budanması və baxımını həyata keçirmək
  • Gül və digər bitkilərin suvarılması və mütəmadi qulluq işlərini yerinə yetirmək
  • Mövsümə uyğun əkin, yenilənmə və abadlaşdırma işlərini icra etmək
  • Torpağın hazırlanması, gübrələmə və ümumi yaşıllıq işlərini görmək
  • Məktəb həyətinin səliqəli və təhlükəsiz vəziyyətdə saxlanılmasını təmin etmək
  • Sadə zərərvericilərə qarşı müvafiq tədbirləri həyata keçirmək

Biz təklif edirik:

  • Rəqabətədavamlı xalis əməkhaqqı
  • Məktəbin yeməkxanasında nahar imkanı
  • Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı

Maraqlanan namizədlərdən xahiş olunur ki, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını “Bağban, Xankəndi Kampus” başlığı ilə göndərsinlər.

  • Daily105
  • Weekly410
  • Monthly1794